Modern.az

Londonda Azərbaycan Mədəniyyət Mərkəzi təsis edildi - VİDEO

Londonda Azərbaycan Mədəniyyət Mərkəzi təsis edildi - VİDEO

Diaspor

17 Dekabr 2018, 20:53

Böyük Britaniyada yeni yaradılan Azərbaycan Mədəniyyət Mərkəzinin təsis iclası keçirilib. Modern.az “Report”a istinadən xəbər verir ki, yeni yaradılan Azərbaycan Mədəniyyət Mərkəzinin (Azerbaijani Cultural Centre (UK)) təsis iclası Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirliyində baş tutub.

 

Tədbirdə Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin əməkdaşları, İngiltərədə yaşayan Azərbaycan ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Tədbirin əvvəlində mərkəzin gələcək fəaliyyəti haqqında prezentasiya nümayiş olunub.

 

Tədbirdə çıxış edən Azərbaycan Mədəniyyət Mərkəzinin vitse-prezidenti Sevil Aslanova qeyd edib ki, yeni mərkəz Böyük Britaniya üzrə ilk mədəniyyət mərkəzi sayılır: “Bu mərkəzi açmaqda məqsədimiz İngiltərədə yaşayan Azərbaycanlılar üçün bir ev, bir mərkəz yaratmaqdır. Mərkəz böyük işlərlə məşğul olmaq fikrindədir. Mərkəzdə siyasət, incəsənət, idman və gənclər klubu olacaqdır. Burada illərdir yaşayanlar bizim tariximizdən, mədəniyyətimizdən yavaş yavaş uzaqlaşırlar. Mən inanıram ki, onlara daha yaxın olmaq, Azərbaycanlıları bura cəlb etmək üçün bu mədəniyyət mərkəzi böyük işlər görəcəkdir”,- deyə S. Aslanova qeyd edib.

 

Mərkəzin prezidenti Hicran Stogden bildirib ki, mərkəz artıq Böyük Britaniyada qeydiyyatdan keçirilib. O, Azərbaycanlıların bir araya gəlməsi və birlik olmağın əhəmiyyətinə toxunub.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir