Modern.az

Şahbaz Quliyevin həyat yoldaşı: “İndi Şahbazdan danışmaq mənə əzabdır” - MÜSAHİBƏ

Şahbaz Quliyevin həyat yoldaşı: “İndi Şahbazdan danışmaq mənə əzabdır” - MÜSAHİBƏ

20 Dekabr 2018, 13:52

Albina Quliyeva: “Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev məni çox səmimi qarşıladı”

 

Beş ilə yaxındır erməni girovluğunda saxlanılan Şahbaz Quliyevin həyat yoldaşı Albina Quliyeva (Veselova) Modern.az-ın suallarını cavablandırıb.

 

- Artıq 5 ilə yaxındır Şahbazı görmürsünüz. Necə keçdi sizin üçün bu illər?

- Bu illər yalnız və yalnız gözləntilərlə keçdi. Hər gün qayıdacağına inanaraq gözləyirəm. Bu illərin mənim üçün necə keçdiyinə cavab verə bilmərəm. Çünki bunlar mənə məxsusdur, çox çətindir, çox...


- Sizdən fərqli olaraq, digər ailə üzvləri bəzən Şahbaz Quliyevin qayıdacağı haqda ümidsiz danışırlar.

- Amma mən ümid edirəm və inanıram.

- Albina xanım, qısaca olaraq, Şahbaz bəylə tanışlığınızdan, ailənizdən, övladınızdan danışmağınızı istərdik...

- Bu suala cavab vermək istəmirəm. Çünki onunla bağlı xatirələr incidir məni. Çox çətindir mənə. Ümumiyyətlə, ailəmlə bağlı geniş danışmaq istəmirəm.

- Hadisə baş verənədək siz harada yaşayırdınız?

- Azərbaycanda, Bakıda yaşayırdıq.

- Bəs hazırda harada yaşayırsıznız, nə işlə məşğulsunuz?

- Hazırda Bakıda yaşayıram, işləyirəm, övladımı böyütməklə məşğulam.

- Qızınızın neçə yaşı var?

- 13 yaşı tamam oldu.

- Sonuncu dəfə həyat yoldaşınızdan nə vaxt məlumat almısız?

- Hansı formada məlumat?

- Foto, məktub, yaxud video. Çünki Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri  mətbuata açıqlamalarında mütəmadi olaraq girovlara baş çəkdiklərini bildirirlər.

- Qırmızı Xaç Komitəsindən hər ay bizə şifahi şəkildə ona baş çəkdiklərini bildirirlər. Amma bu ilin avqust-sentyabr aylarından etibarən şəxsən özünün yazdığı məktubu almıram.

 

- Rəsmilərdən, dövlət təşkilatlarından, lap elə yaxınlarınızdan, qonşularınızdan sizinlə, problemlərinizlə maraqlananlar olurmu?

- Mənə dövlət tərəfindən mənzil verilib, işlə təmin olunmuşam. Hərtərəfli dəstək göstərilib. Həmçinin, dost dairəm də mənə həm maddi, həm də mənəvi dəstək göstərir. Qohumlara gəldikdə, nə deyəcəyimi bilmirəm, susmaq daha yaxşıdır. Həm də indiki zamanda hamının öz çətinlikləri var. Kimsə mənə borclu deyil.


- Dekabrın 19-da “Dövlətqaçqınkom”un sədri Rövşən Rzayevin qəbulunda olduğunuz bildirilir.

- Bəli, doğrudur. Dünən Rövşən Rzayev məni qəbul etdi. Səmimi görüş oldu. Mənim müraciətimi çox səmimi qarşıladı.

- Müraciətiniz konkret hansı məsələ ilə bağlı idi?

- Konret deyə bilməyəcəm. Amma problemlərimin nədən ibarət olduğunu bilirlər. Və buna görə də Rövşən Rzayev mənə hərtərəfli dəstək göstərəcəyini dedi. Rövşən Rzayev məni çox doğma qarşıladı. Sağ olsun. Mən insanlara inanıram. Mən ümumiyyətlə çox danışmağı, xüsusilə jurnalistlərlə ünsiyyətdə olmağı sevmirəm. Düşünürəm ki, sizə kifayət qədər danışdım. Əgər daha ətraflı məlumat almaq istəyirsinizsə, digər qohumlarla əlaqə saxlaya bilərsiniz. İndi mənə ağırdır, əzabdır Şahbazsız Şahbazla bağlı danışmaq... 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir