Modern.az

Jurnalistlərin Lənkəran səfərindən REPORTAJ

Jurnalistlərin Lənkəran səfərindən REPORTAJ

Reportaj

22 Dekabr 2018, 14:33

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən jurnalistlər üçün keçirilən “Qida təhlükəsizliyi üzrə media təlim”in davamı olaraq keçirilən media-tur başa çatıb.

Modern.az-ın da əməkdaşının iştirak etdiyi təlimdə AQTA-nın məsul şəxsləri və müvafiq sahələr üzrə mütəxəssisləri təqdimatlarla çıxış ediblər.

 

AQTA-nın fəaliyyətinin KİV-də işıqlandırılması zamanı obyektivliyin, şəffaflığın təmin olunması və ictimai nəzarət mexanizmlərinin təkmilləşdirilməsində medianın rolu, qida təhlükəsizliyinin təmin olunması, heyvan sağlamlığı və baytarlıq, qida məhsulları sahəsində fəaliyyət göstərən sahibkarlıq subkeytlərinin qeydiyyat prosesi, onlarla əməkdaşlıq, bu sahədə dövlət nəzarəti tədbirləri və bitki sağlamlığı və fitosanitar nəzarətinin təşkili barədə ətraflı məlumat verilib.

 

Təqdimatlardan sonra sual-cavab sessiyasında media nümayəndələrini maraqlandıran suallar cavablandırılıb. Təlimlərin sonunda jurnalistlərə sertifikatlar təqdim olunub.

 

Təlimin davamı olaraq jurnalistlərin Lənkəran Regional Sınaq Laboratoriyası ilə tanışlığı məqsədi ilə Lənkəran şəhərinə təşkil olunan media-tur çərçivəsində jurnalistlər bir neçə istehsal müəssisəsində olublar.

Məhsullardan nümunələrin götürülməsi və laboratoriyada ekspertizasının aparılması prosesini izləyiblər.

 

AQTA-nın İnformasiya Təminatı və İnnovativ həllər şöbəsinin müdiri Mansur Piriyev deyib ki, təlimlərin məqsədi media nümayəndələrinin qida təhlükəsizliyi sahəsində biliklərini artırmaqdır.

 

Eyni zamanda Agentliyin qida təhlükəsizliyinin təbliği istiqamətində gördüyü işlər barədə ictimaiyyəti daha dolğun məlumatlandırmaqdır.

 

Təlimin və media-turun iştirakçısı “SalamNews” İnformasiya Agentlyinin əməkdaşı Orxan Kərimov bildirib ki, təlimin keçirilməsi, həmçinin təlim çərçivəsində regiona səfərin təşkil edilməsi AQTA-media münasibətlərinin daha sıx, şəffaf olmasını göstərir.

 

“Azərbaycanda ilk dəfə qida təhlükəsizliyi ilə bağlı jurnalistlər üçün AQTA tərəfindən təşkil edilmiş təlimi yüksək qiymətləndirirəm. İnanıram ki, təlimdə əldə edilən məlumat və biliklər bu sahədə yazı hazırlayan jurnalistlərin işinə daha çox müsbət təsir göstərəcək.

 

Çünki bəzən mətbuatda “keyfiyyətsiz qida” ilə “təhlükəsiz qida” anlayışları qarışdırılır. Bunun da əsas səbəblərindən biri jurnalistin dolğun informasiyaya malik olmamasıdır”.

 

A24.az saytının əməkdaşı Səid Qəribin sözlərinə görə, Agentlik yeni yaradılmasına baxmayaraq prioritet kimi şəffaf fəaliyyəti əsas götürüb.

 

“Ona görə şəffaf deyirəm ki, ən azından bir günlük bu fəaliyyət onlarla jurnalist həmkarımın gözləri qarşısında həyata keçdi. Tur zamanı qida təhlükəsizliyi sahəsində yeni bilgilər əldə etdim. Eyni zamanda, qidaların müayinə olunması qaydalarını yaxından izləmək şansı bizə hər şeydən əvvəl yediyimiz və içdiyimiz məhsulların keyfiyyəti ilə yanaşı təhlükəsizliyinə də böyük önəm verməyimizi aşıladı.

 

Sınaq laboratoriyasının fəaliyyətini əyani şəkildə izləmək isə şəxsən mənim vətəndaş olaraq hər zaman marağımda idi. İlk dəfə idi ki, çay fabrikində olurdum. Məhz Agentliyin sayəsində Astarada çay istehsal müəssisəsində çayın hazırlanması prosesi ilə yaxından tanış oldum. Burada daha bir həqiqəti də öyrəndim ki, ölkəmiz təbii sərvətlərlə zəngindir”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir