Modern.az

O, Tanrının pıçıltısıdır...

O, Tanrının pıçıltısıdır...

Ədəbi̇yyat

23 Dekabr 2018, 16:10

Ona nə gəlirsə qeybdən gəlir - o SÖZü söyləmir, ağızdan doğur...

Ruhuna yaşıldan pay düşüb - Tanrının sevdiyi rəngdir, hara çəkərsə ora canlanar...

Onun gözlərinə hər adam baxa bilməz - baxışların qərq olduğu dəryadır...

Onun da hamı kimi tərcümeyi-halı var - tərcümeyi-halı olmayan bircə Allahdır...

-1946-cı il dekabrın 15-də Bakıda anadan olub. 1969-cu ildə Azərbaycan Dövlət Universitetini bitirib. Moskva Ali Ssenari Kurslarını bitirib (1976-1978). Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında, "Mozalan" satirik kinojurnal studiyasında redaktor (1971), kinostudiyanın ssenari emalatxanasında ssenarist (1974-1975), ssenari redaksiya heyətinin üzvü (1979-1987), kinostudiyanın baş redaktoru (1987-1992) işləyib.  Bir neçə şeir kitabının müəllifidir.
Ramiz Rövşənin ssenariləri əsasında çoxlu sayda bədii və sənədli film çəkilib. Şeir və hekayələri tərcümə edilərək bir sıra keçmiş SSRİ respublikalarında, eləcə də ABŞ-da, Almaniyada, Böyük Britaniyada, Fransada, Polşada, Bolqarıstanda, Türkiyədə və İranda çap olunub.


Amma bu tərcümeyi-hal ona heç lazım da deyil. O, öz tərcümeyi-halını çiyinlərində gəzdirir.

Yaxşı əməlləri sağ, pisləri isə solda...

Onu öldürmək mümkün də deyil- cismani ölsə də, yaşayanlardandır...

Q, odur- onu Tanrı da yaxşı tanıyır...

O, çoxdan SÖZ-ə çevrilib- Tanrının pıçıltısıdır..

Bu pıçıltını hər adam duya bilməz...

Yeni ilin mübarək, Ramiz Rövşən!

Elman Eldaroğlu,
ABŞ, Miçiqan
 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı