Modern.az

Cibgirlər Bakıda xanım jurnalisti soydular  

Cibgirlər Bakıda xanım jurnalisti soydular   

Media

24 Dekabr 2018, 09:01

Bazar günü alış-verişə çıxan jurnaist, İTV-nin əməkdaşı Naibə Qurbanova cibgirlərin hədəfinə tuş gəlib. Modern.az xəbər verir ki, 165 nömrəli avtubusa minən jurnalist bir də onda ayılıb ki, cibgirlər pulqabısını aparıblar.

“Pulqabında 300 manat nəğd pulum, maaş kartım vardı”.

Hadisədən dərhal sonra sosial şəbəkə istifadəçilərindən kartın deiaktiv olunması üçün kömək istəyən N.Qurbanova, ardınca “Azəri Kart”a zəng etməklə kartı bağlatdırıb.

“O anda vəziyyətimi yəqin ki, təsəvvür edirsiniz. Tez həyat yoldaşıma zəng elədim ki, pul qabımı oğurladılar, təcili kartı bağlatdır...”

Naibə Qurbanova hadisə ilə bağlı Polis bölməsində izahat verib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?