Modern.az

Səmalar oğlu...

Səmalar oğlu...

25 Dekabr 2018, 12:31

Azərbaycanca fikrlərini çətinliklə ifadə edir- ölkədə yeganə insandır ki, heç kim bunu ona irad tutmur…

Ziyalıdır- gördüklərinə biganə qala bilməyənləri belə adlandırırlar…

Cəsarətlidir- xalqın ağrı-acısını hayqırmağı bacarır…

Həqiqətin məxsus olduğu dil yoxdur- hansı dildə desən də, həqiqət elə həqiqətdir…

Avropa, Asiya və eləcə də Amerikada onu tanıyanlar az deyil- Tanrı ona elə bir şey verib ki, o şey məkan tanımır. Biz ona ad qoymuşuq- istedad…

Sevilir- sevməyi bacardığındandır…

O, 1959-cu il aprelin 7-də Bakı şəhərində dünyaya gəlib. 1976-cı ildə 189 nömrəli məktəbdə orta təhsili bitirərək Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinə qəbul olunub, 1981-ci ildə orada ali təhsilini başa vuraraq, hüquqşünas ixtisasına yiyələnib.
1981-ci ildə əmək fəaliyyətinə Bakı istehsalat birliyində hüquq məsləhətçisi kimi başlayıb. Bir müddət sonra Bakı şəhəri Əzizbəyov rayonu icraiyyə komitəsində şöbə müdiri, KP-nin Qaradağ rayonu komitəsində təşkilat şöbəsinin təlimatçısı, siyasi-maarif kabinetinin müdiri vəzifələrində çalışıb. 
1989-cu ilin fevralında Azərbaycan Yazıçılar İttifaqının katibi seçilib. 
1988-ci ildə "Beynəlxalq təcavüz problemləri" mövzusunda dissertasiya müdafiə edərək hüquq elmləri namizədi alimlik dərəcəsi alıb. Polşanın Krakov Universitetinin fəxri professoru, H.Z.Tağıyev adına Xeyriyyə Cəmiyyətinin sədridir. 

1991-ci ildə yenidən "Beynəlxalq cinayət problemləri" mövzusunda doktorluq dissertasiyası müdafiə edib və hüquq elmləri doktoru elmi dərəcəsinə yiyələnib. 

Xidmətlərinə görə "Qırmızı Əmək Bayrağı" və "Şöhrət" ordenlərnə layiq görülüb...

Böyük insandır- onu belə göstərən SÖZü və əməlləridir…

Təvazökardır- özünü tanıyanların adətidir…

Onun da hamı kimi adı var, mənası- səmalar oğlu…

Çingiz Abdullayev! Bu ad və soyad bütöv bir xalqın qürur yeridir. O, xalqını sevdiyi kimi, xalqı da onu sevir…

Əzizimiz Çingiz müəllim, yeni iliniz mübarək!


Elman Eldaroğlu,
ABŞ, Miçiqan
 

Whatsapp
Bizə yazın!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı