Modern.az

Vaqif Aydınoğlu: “ATV reytinqlərdə birinciliyə iddialıdır” - MÜSAHİBƏ  

Vaqif Aydınoğlu: “ATV reytinqlərdə birinciliyə iddialıdır” - MÜSAHİBƏ   

26 Dekabr 2018, 17:15

“Azad Azərbaycan” Televiziyası dekabrın 25-də 18 yaşını qeyd edib. Telekanalın Xəbərlər Departamentinin baş redaktoru Vaqif Aydınoğlu təəssüratlarını Modern.az-la bölüşüb:

- Vaqif müəllim, ATV kollektivi telekanalın ad gününü necə keçirdi?

- Hər il ATV-nin ad gününü adi günlərdən biri kimi qeyd edirik. Siz də daxil olmaqla, dostlarımız bizləri yada salır, təbrik edirsiniz. Bu diqqət üçün hər kəsə təşəkkür edirik. Tək ad günümüz deyil, mətbuat işçiləri yaxşı bilir ki, bayram, özəl günlər də eyni tempdə, standart iş günü kimi davam edir. Dediyim kimi, ATV-nin ad günü sıradan günlərdən biri oldu.

- 18 yaşlı ATV-nin yenilikləri mütləq ki, olacaqdır. Üzümüzə gələn ildə tamaşaçıları necə təəccübləndirməyi düşünürsünüz?

- ATV yarandığı gündən indiyə qədər birinciliyə iddialı olub. Yayımlanan verilişlərin baxımlılığı, telekanalın ümumi yüksək reytinqi, tamaşaçıların sevimlisinə çevrilməyimiz hər il birinciliyi qoruyub saxlamaq üçün bizə stimul verir. Heç nə dəyişməyib. ATV gələcəkdə də reytinqlərdə birinciliyə iddialıdır.

Televiziya canlı orqanizm kimidir. Daim yeniliklər, fərqli layihələr olmalıdır.  ATV-nin də öz inkişaf xətti var. Yeniliklərimiz, fərqli layihələrimiz həmişə olduğu kimi, gələcəkdə də gözlənilir. Ən yaxın zamandan etibarən, tamaşaçılar daha maraqlı, fərqli layihələri ATV-də görəcəklər.

- ATV-ni televiziya məkanında rəqiblərindən fərqləndirən cəhəti nədir?

- Bizim çox gənc, dinamik kollektivimiz var. Həmişə ən yaxşını, ən maraqlını tamaşaçıya təqdim etməyə çalışırıq. ATV-ni fərqləndirən xüsusiyyətləri müəyyən etməyi tamaşaçının ixtiyarına buraxaq. Tamaşaçı bizi rəqiblərimizdən hansı müsbət yönümüzə görə fərqləndirirsə, o keyfiyyətimizlə də birinciliyə iddialı oluruq.


- Elektron və çap mətbuatının tənqidinə də tuş gəlirsiniz. Tənqidlərə necə baxırsınız?

- Belə bir misal var: “Bar verən ağaca həmişə daş atarlar”. Digər media nümayəndələri bizim  dostlarımızdır. Amma artıq belə məqamlara da adət etmişik. Saytları da başa düşürük ki, ATV adı olan yerdə IP sayı həmişə çox olur. Qüsursuz heç nə olmur. Ortada iş varsa, müəyyən mənada bəzi çatışmazlıqlar da olur. Təbii ki, biz əsaslı tənqidlərdən ibrət götürüb, həmkarlarımızın nə dərəcədə haqlı olduqlarını götür-qoy edirik. Əgər çatışmazlıqlar varsa, düzəltməyə çalışırıq və çox zaman bunu bacarırıq.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi