Modern.az

Azərbaycanın Müdafiə Nazirliyi Ermənistan mediasına CAVAB VERDİ

Azərbaycanın Müdafiə Nazirliyi Ermənistan mediasına CAVAB VERDİ

27 Dekabr 2018, 11:05

Azərbaycan Müdafiə Nazirliyi Ermənistan mətbuatının guya, Azərbaycan Ordusunun ön xətt mövqelərində atışma baş verməsi barədə yaydığı xəbərə münasibət bildirib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Modern.az-a bildirilib ki, bu, Ermənistan tərəfinin öz ordusundakı baş verən xaos, intizamsızlıq və özbaşınalıq hallarını gizlətmək, o cümlədən dekabrın 26-da cəbhənin Ağdam rayonu istiqamətində mülki vətəndaşlarımızı atəşə tutmasından beynəlxalq ictimaiyyətin diqqətini yayındırmağa hesablanmış ucuz təbliğatıdır:

“Bildiririk ki, Azərbaycan Ordusunun mövqelərində heç bir hadisə baş verməyib və bölmələrimiz əməliyyat şəraitinə nəzarət edir”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı