Modern.az

Nurşən Quliyevin yeni layihəsi işə düşdü: e-tibb.az portalı açıldı  

Nurşən Quliyevin yeni layihəsi işə düşdü: e-tibb.az portalı açıldı   

27 Dekabr 2018, 16:19

Tanınmış jurnalist Nurşən Quliyevin rəhbərliyilə www.e-tibb.az portalı fəaliyyətə başlayıb.

 

Bu barədə Modern.az-a danışan N.Quliyev bildirib ki, layihə səhiyyə və tibb sahəsi üzrə xidmət göstərəcək:

“Bildiyiniz kimi, vətəndaşlarımızın bu gün üzləşdiyi əsas çətinliklərdən biri səhhətlərində problem yaranan zaman uyğun həkim və tibb müəssisəsi tapa bilməməsidir. Belə bir layihə ortaya qoyaraq, insanların sağlamlığının qorunmasında vasitəçi olmaq, onların peşəkar həkimlərə, uyğun tibb ocaqlarına yönlənməsinə yardım etmək niyyətindəyik.

Tibb kataloqumuzda xəstə və həkim arasında ünsiyyətin qurulmasına kömək etməyi nəzərdə tuturuq. e-tibb.az kataloqu bir növ xəstə və həkimin görüş yeri, ünsiyyət platforması olacaq. Vətəndaşlar özlərinə uyğun bildikləri həkim və tibb ocaqlarını kataloqumuzdan tapıb, qəbula yazıla, məsləhət ala bilərlər. Burada səhiyyə və tibbə dair ölkədə və dünyada baş verən yeniliklər, xəbərlərlə də saytda tanış olmaq mümkündür. Layihədə həkimlərə və tibb ocaqlarına müxtəlif xidmətlər təklif olunur”.

 

Layihə rəhbəri yeni kollektivdə keçmiş APA-çılardan bir neçə nəfərin təmsil olunduğunu bildirib:

“Kollektivimiz çox da böyük deyil. Yeni işçilərimiz var, eyni zamanda əvvəlki əməkdaşlarımızdan bir neçəsini də layihəyə cəlb etmişik”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi