Modern.az

Mübariz Mənsimov yeni gəmisinə Rəsulzadənin adını verdi

Mübariz Mənsimov yeni gəmisinə Rəsulzadənin adını verdi

27 Dekabr 2018, 20:38

“Sən bizimsən, bizimsən, durduqca bədəndə can, yaşa, yaşa, çox yaşa, ey şanlı Azərbaycan!”.


Modern.az xəbər verir ki, Məhəmməd Əmin Rəsulzadənin bu fikirlərini Türkiyədə fəaliyyət göstərən azərbaycanlı iş adamı Mübariz Mənsimov şəxsi “İnstagram” hesabında payalaşaraq, izləyiciləri ilə bölüşüb.

 

O, bildirib ki, rəhbəri olduğu “Palmali” şirkətinin Məhəmməd Əmin Rəsulzadənin adını daşıyan yeni gəmisi mart ayından etibarən sularda üzməyə başlayacaq:

“Ürəyi Azərbaycanla döyünən, son nəfəsində belə bu gözəl sözlə fani dünyaya gözünü yuman, ancaq əsəri olan Cümhuriyyəti bizə miras buraxan Məhəmməd Əmin Rəsulzadəni unutmadıq. Azərbaycanın 100 illiyi şərəfinə 21 martda təhvil alacağımız yeni gəmimiz məhz bu böyük şəxsiyyətin adını daşıyacaq. “Palmali”nin idarə heyəti bu təklifimi dəstəklədi və qəbul etdi. Çox sevinirəm ki, Azərbaycanın böyük şəxsiyyətlərinin adlarını daşıyan gəmilərimiz arasında Rəsulzadə ismi də olacaq. «Türkəm, bu cəhətdən özümü xoşbəxt hiss edirəm!» deyən böyük şəxsiyyət adını Türk Dünyasına qızıl hərflərlə yazdırıb. Onu unutmadıq, unutmayacaq, unutdurmayacağıq. Keçmişini unudanın, sayğı duymayanın gələcəyi də olmaz. Biz fəxr edirik ki, şanlı tariximiz, parlaq gələcəyimiz var. Yeni gəmimiz xeyirli-uğurlu olsun! Bütün Türk dünyasına”. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?