Modern.az

Direktorluğa 350 namizədin bacarığı QİYMƏTLƏNDİRİLDİ  

Direktorluğa 350 namizədin bacarığı QİYMƏTLƏNDİRİLDİ   

27 Dekabr 2018, 21:10

Dövlət ümumi təhsil müəssisələrinin direktoru vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsi davam edir. Direktorların işə qəbulu üzrə müsahibələrə dekabrın 5-dən başlanılıb. Təhsil Nazirliyindən Modern.az-a verilən məlumata görə, bu günədək 350 nəfər namizədlə müsahibələr aparılıb. 

 

Müsahibə zamanı namizədlərin peşəkar kompetensiyaları, idarəetmə bacarıqları və ümumi dünyagörüşü 5 ballıq şkala ilə qiymətləndirilir. Bu mərhələ üzrə keçid balı 3 bal müəyyən edilir.

 

Direktorların işə qəbulu üzrə müsahibə mərhələsi yanvarın sonunadək davam edəcək. Bu mərhələdə 700-dən artıq namizəd iştirak edəcək.

 

Müsabiqədə pedaqoji və ya idarəetmə ixtisas sahələri üzrə ali təhsili 5 ildən az olmayaraq  (təhsilin təşkili və idarə olunması ixtisası üzrə elmi dərəcəsi və elmi adı olduqda 3 il) pedaqoji staja malik olan və hazırda ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan şəxslər iştirak edirlər.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir