Modern.az

Parlament dünya azərbaycanlılarına müraciət etdi  

Parlament dünya azərbaycanlılarına müraciət etdi   

28 Dekabr 2018, 13:36

Milli Məclis bu gün keçirilən payız sessiyasının sonuncu plenar iclasında Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə müraciət qəbul edib. Modern.az-ın məlumatına görə, müraciəti Milli Məclisin sədr müavini Bahar Muradova oxuyub.


Müraciətdə dünyadakı azərbaycanlılarının milli birliyinin vacibliyi qeyd olunub. Bildirilib ki, Qarabağ hər bir azərbaycanlının ağrılı yeridir:


“Bütün dünya azərbaycanlıları səylərini artırsalar, bu problemin həllini daha yaxınlaşdıra bilərlər. Soydaşlarımızın bir vəzifəsi də yaşaqdıqları öləkəlrin ictimai-siyasi həyatına inteqrasiya etməklə bərabər, dilimizi, adət-ənənələrimizi uca tutmaq, milli hüquqlarımızı qorumaqdır. Əziz soydaşlarımız, Sizi ümummilli məqsədlərimizin gerçəkləşdirilməsi, xalqımızın mənafelərinin qorunması naminə birliyə çağırırıq”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir