Modern.az

Deputatlar Yeni ili harada qarşılayacaq? - SORĞU

Deputatlar Yeni ili harada qarşılayacaq? - SORĞU

Parlament

29 Dekabr 2018, 16:21

Artıq Yeni ilin gəlişinə 2 gün qalıb. Hər kəs bu bayramı bir qayda olaraq, müxtəlif yerlərdə, fərqli mühitdə keçirir. Kimisi bayramı evində - ailəsi və qohumları ilə birgə qeyd edir, kimisi isə xaricə üz tutur. Bir sözlə, hamının bayramla bağlı müxtəlif planları var.

 

Milli Məclisin deputatları Yeni ili harada və necə keçirməyi planlaşdırır?

 

Modern.az saytı bu sualla bir neçə deputata müraciət edib:

 

Əmək və sosial siysət komitəsinin sədri Hadi Rəcəbli hər il olduğu kimi, bu il də yeni ili Lənkəranda keçirəcək.

“Seçicilərimlə görüşəcəm. Şəhid ailələrinə baş çəkmək fikrim var. Bütün bunların nəticəsi o olacaq ki, mənim ruhum bir az da təzələnəcək. Doğma torpağa ayağım dəyəndə bir az da güclü olacağam. Ona görə bayramları Lənkəranda keçirəcəyəm”.

 

Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi sədrinin müavini Sevinc Fətəliyeva yeni ili ailəsi ilə birlikdə qarşılayacaq.

“Bayramı bu il də ənənəvi olaraq evdə, ailəmlə birlikdə qarşılayacam. Hər kəsi, bütövlükdə xalqımızı Yeni il və Həmrəylik günü münasibətilə təbrik edirəm”.

 

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə yeni ili həmişə olduğu kimi ailəsi ilə birgə, evində qeyd edəcək.

“Mən heç vaxt Yeni ili başqa yerdə qeyd etmirəm. Milli bayramlar da daxil olmaqla həm orucluq, həm Novruz bayramında və eləcə də Yeni ili evimdə, ailə üzvlərimlə birlikdə qeyd edirəm. Bu il də inşallah qismət olsa, elə olacaq. Hər kəsi, bütövlükdə xalqımızı Yeni il və Həmrəylik günü münasibətilə təbrik edirəm. Yeni il xalqımıza, dövlətimizə düşərli, uğurlu olsun, torpaqlarımız işğaldan qurtulsun, qaçqın-köçkünlərimiz öz yurd yerlərinə dönsün”.

 

Regional məsələlər komitəsinin üzvü Cavid Osmanov deyib ki, yeni ili ailəsi ilə birlikdə qeyd edəcək.

“Yeni ili öz ailəmlə, doğmalarımla keçirməyin ayrı ləzzəti, ayrı gözəlliyi var. Fürsətdən istifadə edib, hər bir Azərbaycan vətəndaşını Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibətilə təbrik edirəm. 2019-cu il dövlətimiz, millətimiz üçün düşərli olsun”.

 

Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü Tahir Rzayev yeni ili Bakıda qarşılayacaq.

“Bu il də Yeni ili ailəmlə, övladlarımla, nəvələrimlə birlikdə qeyd edəcəm. Tətil fürsətindən istifadə edərək isə Ağcabədidə olacam. Hər kəsi Yeni il və Həmrəylik günü münasibəti ilə təbrik edirəm. Arzu edirəm ki, Yeni il xalqımıza, dövlətimizə düşərli, uğurlu olsun, torpaqlarımız işğaldan qurtulsun, qaçqın-köçkünlərimiz öz yurd yerlərinə dönsün”.

 

İnsan hüquqları komitəsinin üzvü Tahir Kərimli yeni ili paytaxtda qarşılayacaq.

“Yeni ili ailəmlə, doğmalarımla birgə Bakıda qeyd etməyi planlaşdırıram. Lakin tətil günlərində Ağsu, Şamaxı, İsmayıllıya yollanıb, orada yaşayan doğmalarımı ziyarət etmək istəyirəm”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Son dəqiqə Naxçıvanın Kərki kəndində etirazlar başladı