Modern.az

Bu gündən vergi güzəştlərinin tətbiqinə başlanılır

Bu gündən vergi güzəştlərinin tətbiqinə başlanılır

İqtisadiyyat

1 Yanvar 2019, 00:54

Bu gündən etibarən respublikamızda bəzi sahələrdə aylıq əməkhaqqı 8 000 manata qədər olan vətəndaşlar üçün 7 il müddətində gəlir vergisi üzrə 100%-lik güzəşt verilir.

 

Modern.az xəbər verir ki, Vergilər Məcəlləsinə edilən dəyişikliyə əsasən neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən vergi aylıq əməkhaqqı 8 000 manatadək olduqda 0 səviyyəsində, əməkhaqqı 8 000 manatdan çox olduqda isə 8 000 manatdan çox olan məbləğin 14% həcmində müəyyənləşdirilib.

 

Qeyd edək ki, bu qanunun 2019-cu il yanvarın 1-dən 7 il müddətində tətbiqi nəzərdə tutulur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!