Modern.az

Jurnalist Teymur Abdullayevə “Azərenerji”də vəzifə verildi

Jurnalist Teymur Abdullayevə “Azərenerji”də vəzifə verildi

3 Yanvar 2019, 17:04

“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Yəhya Babanlı vəzifəsindən çıxarılıb.

Modern.az “Qafqazinfo”a istinadəın xəbər verir ki, bununla bağlı əmr imzalanıb. Y.Babanlının yerinə isə Müdafiə Nazirliyinin Mətbuat xidmətinin keçmiş rəis müavini Teymur Abdullayev təyin edilib.

Y.Babanlı məlumatı təkzib etməyib.

Modern.az xatırladır ki, Teymur Abdullayev əvvəllər “Şərq”, “Hürriyyət”, “P.S” və digər qəzetlərdə işləyib.
O, 2009-cu ildən 2013-cü ilin noyabrınadək Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini vəzifəsində çalışıb və mayor rütbəsinədək yüksəlib.
Daha sonra – 2013-cü ilin sonlarında İctimai Televiziyada İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri - mətbuat xidmətinin rəhbəri vəzifəsinə gətirilmişdi. O, bir müddət İTV-də işlədikdən sonra buradakı vəzifəsindən azad edilmişdi.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi