Modern.az

Azərbaycanlı müəllim gecə saat 4-də şagirdlərə dərs keçdi - VİDEO

Azərbaycanlı müəllim gecə saat 4-də şagirdlərə dərs keçdi - VİDEO

Təhsil

6 Yanvar 2019, 14:26

ABŞ-da yaşayıb-fəaliyyət göstərən azərbaycanlı müəllim Cəfər Cəfərov maraqlı addımı ilə gündəmə gəlib.

 

Modern.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehov "Facebook" səhifəsində paylaşıb.

 

 Dünyanın top universiteti “Stenford”un PHD məzunu, Beynəlxalq Riyaziyyat Olimpiadasının qızıl mükafatçısı Cəfər Cəfərov Amerika vaxtı ilə gecə saat 4:06-da Bakıya canlı bağlanaraq azərbaycanlı şagirdlərə “Skype” vasitəsilə beynəlxalq olimpiadalara hazırlıq dərsi keçib. Bu barədə məlumatı və görüntüləri Təhsil Nazirliyinin İctimai Əlaqələr Şöbəsinin müdiri Cəsarət Valehov Feysbuk səhifəsində yayıb. 

 

Qeyd edək ki, bu görüntülər sosial şəbəkələrdə böyük marağa səbəb olub. Gənc müəllimin bu addımı hər kəs tərəfindən alqışlanıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir