Modern.az

Bir şəklin tarixçəsi - Rəngləri və etiqadı birləşdirən dostluq - Tahir Salahovla Allahşükür Paşazadə

Bir şəklin tarixçəsi - Rəngləri və etiqadı birləşdirən dostluq - Tahir Salahovla Allahşükür Paşazadə

Mədəni̇yyət

6 Yanvar 2019, 16:56

Bu yaxınlarda Azərbaycanda görkəmli rəssam Tahir Salahovun 90 illik yubleyi təntənə ilə qeyd olundu. Yaradaıcılığı ilə sovet və Azərbyacan rəssamlıq sənəti tarxinidə özünəməxsus iz qoymuş Tahir Salahovun əsərləri dünya miqyasında tanınır.

Tahir Salahov müsahibələrinin birində deyir: “Əsl rəssamın istedadına 500 ildən sonra qiymət verilir. Amma məni bu deyimdə istisna saymaq olar. Xalqım məni sevdi və tanıdı. Bu yaşda belə ümumxalq məhəbbətini görüb necə xoşbəxt olmamaq olar?”.


Korifey sənətkar rəssamlıqda “sərt stil”in yaradıcısı sayılır.  Əgər 60-cı illərdə T.Salahovun əsərlərinə dekorativ bədii dil, sərt qrafika, dinamik kompozisiya, rənglərin gərginliyi xas idisə, 70-80-ci illərdə artıq onun rəl işlərində obrazın daxili aləmini əks etdirən, insanı düşündürən  şəkillər xarakerik hal almağa başlamışdı. Salahovun bu rəsmlərində rənglərin dili daha  mürəkkəb hal almış, müxtəliflik artmışdı.

Ustad üçün detallar, predmetlər, qəfil rakurslar əsasdır. Bu zaman orada onların əvvələr diqqətdən kənarda qalmış xüsusi halı, mənası açılır.

T.Salahovun əsərlərində insanın sərt cizgilərinin altında onun ruhi halını tutmaq mümkündür.


Rəssamların əhatəsi həmişə geniş olur. Rəsmi məmur təbəqəsindən tutumuş sadə insanların yer aldığı bu çevrədə din xadimlərinin olması bəlkə də bir az qəribə görünər.

Xüsusən ruhanilərin... Rəssamlığa yönəlik ənənəvi  etirazlardan  biri də islamda şəklə olan münasibətlə bağlıdır. Ancaq bu, Tahir Salahovla Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin dostluğuna mane ola bilməyib. Uzun illərdir ki, dostluq edən bu şəxslərin bir-birinə münasibəti dünyəvi və dini kanonlarla şərtlənmir.


Modern.az
saytının “Bir şəklin tarixçəsi” rubrikasında budəfəki foto korifey rəssam Tahir Salahov və QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə ilə bağlıdır.

Böyük sənətkarın çəkdiyi Şeyxülislamın portretini də bu dostluğun və hörmətin nümayişi saymaq olar. QMİ sədri Tahir Salahovun yubleylərində ona ünvanladığı təbrikində sənətkarın yaradıcılığına yüksək qiymət verib və onu xalqımızın sənət tarixində böyük yeri olan şəxsiyyət adlandırıb.

Hər kəsin ruhi rahatlığa ehtiyacı olur.  Əgər müqəddəs mətnlər insanın ruhi halını sözlərlə təsvir edirsə, rəssam fırçası bunu kətan üzərində göstərir. Hər ikisi bəşəriyyətə humanist missiyanın nümayişidir. 


Rəssamın qızı Aydan Salahovanın müsahibələrinin birində “Atanız dindar adamdırmı” sualına verdiyi cavabı maraqlıdır: “Rəssamlar –incəsənətə inanan adamlar olur. Yaradıcılıq vasitəsilə isə bütün dinlərə hörmət aşılanır”.  



A.Qorxmaz

Whatsapp
Bizə yazın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?