Modern.az

Azərbaycan səfirlərinin maaşları: ən az məvacibi MTN-nin keçmiş şefi Namiq Abbasov alır (SİYAHI)

Azərbaycan səfirlərinin maaşları: ən az məvacibi MTN-nin keçmiş şefi Namiq Abbasov alır (SİYAHI)

Reportaj

22 Noyabr 2011, 14:15


Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərinə rəhbərlik edən diplomatlar arasında ən çox maaşı Yaponiyada, ən az maaşı isə Orta Asiya ölkələrində çalışan səfirlərimiz alır. Modern.az Milli Büdcə Qrupuna istinadən bildirir ki, qurum bu barədə Prezidentin müvafiq sərəncamına istinadən məlumat verib.

Ölkə Prezidentinin 1923 saylı “Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində çalışan işçilərin aylıq əməkhaqlarının təsdiq edilməsi haqqında” sərəncamına əsasən, ABŞ, Kanada, Koreya, Rusiya və BMT-də təmsil olunan səfirimizin aylıq maaşı 4500 dollar təşkil edir.

Səfirlərimiz arasında ən yüksək maaşı Yaponiyadakı diplomatımız alır. Onun aylıq maaşı 587400 Yen və ya 7640 dollara bərabərdir. Yapon milli valyutasının son aylar dollara nəzərən bahalaşması səfirimizin qazancını ABŞ valyutası nominalında artırıb.

Avropa Birliyinə daxil olan Almaniya, Avstriya, Belçika, Fransa, İsveç, İsveçrə, İtaliya, Niderlanddakı diplomatik korpuslara rəhbərlik edən Azərbaycan səfirləri hər ay 5000 dollar (3700 avro) məbləğində məvacib alırlar. Avropa Şurası, BMT-nin Cenevrə şəhərindəki Bölməsi, NATO, YUNESKO kimi qurumlarda Azərbaycanı təmsil edən səfirlərin də maaşı 5000 dollara bərabərdir.

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığına göndərilən səfirimizin aylıq əmək haqqı 4000 dollar (2575 funt sterlinq) təşkil edir.

Modern.az-ın məlumatına görə, səfirlərimiz arasında ən az maaşı Orta Asiyada işləyən diplomatlarımız alır. Qırğızıstan, Özbəkistan, Tacikistan və Türkmənistanda işləyən səfirlərimizə hökumətimiz ayda 2800 dollar məvacib ödəyir.

Digər ölkələr üzrə səfirlərin maaşı aşağıdakı kimidir:

İspaniya, Macarıstan, Polşa, Xorvatiya, Yunanıstan - 4865 dollar (3600 avro)

Bolqarıstan, Çexiya, Latviya, Litva, Rumıniya, Türkiyə - 4765 dollar (3525 avro)

Belarus, Gürcüstan, Moldova, İraq, Vyetnam – 3400 dollar

Argentina, Hindistan, İndoneziya, İordaniya, İran, Küveyt, Qətər, Qazaxıstan, Malayziya, Meksika, Mərakeş, Misir, Pakistan, Səudiyyə Ərəbistanı, Suriya, Tailand, Ukrayna – 3500 dollar

Birləşmiş Ərəb Əmirlikləri, Braziliya, Cənubi Afrika Respublikası, Çin3700 dollar

X.Səfəroğlu

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı