Modern.az

Deputatlar gələn həftə tətildən qayıdacaqlar  

Deputatlar gələn həftə tətildən qayıdacaqlar   

8 Yanvar 2019, 12:30

Milli Məclisin deputatları gələn həftə tətili başa vuracaqlar.

 

Modern.az-ın məlumatına görə, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, deputatlar yanvar ayının 1-dən 15-dək tətildə olurlar.

Yanvar ayının 15-dən sonra  isə Milli Məclis komitələrinin iclaslarının keçirilməsinə başlanılacaq. Parlamentin yaz sessiyasının ilk plenar iclası fevralın 1-də keçiriləcək.

 

Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, deputatlar yanvar ayının 1-dən 15-dək tətildə olacaqlar. Azərbaycan Respublikası Konstitusiyasının 88-ci maddəsinin I hissəsinin birinci abzasına uyğun olaraq Azərbaycan Respublikasının Milli Məclisi hər il iki növbəti yaz və payız sessiyalarına yığılır. Yaz sessiyası fevralın 1-də başlanır və mayın 31-dək davam edir.

 Əgər fevralın 1-i və sentyabrın 30-u istirahət, səsvermə, iş günü hesab edilməyən bayram gününə düşərsə, sessiya bu gündən sonra gələn birinci iş günü öz işinə başlayır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər