Modern.az

14 azərbaycanlı şagird beynəlxalq olimpiadaya yollandı

14 azərbaycanlı şagird beynəlxalq olimpiadaya yollandı

8 Yanvar 2019, 20:30

Yanvarın 9-da Qazaxıstanın Almatı şəhərində 15-ci Beynəlxalq Jautıkov Olimpiadası (IZhO) öz işinə başlayacaq. Modern.az Təhsil Nazirliyinə istinadən xəbər verir ki, olimpiadada Azərbaycanı 14 şagird təmsil edəcək. Belə ki, ölkəmizi informatika fənni üzrə 4, riyaziyyat fənni üzrə 6, fizika fənni üzrə 4 iştirakçı və 2 rəhbər olmaqla 16 nəfərlik heyət təmsil edir.

 

15-ci Beynəlxalq Jautıkov Olimpiadası yanvarın 15-dək davam edəcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi