Modern.az

Azərbaycanda donuzların sayı artıb, “donuz qripi” təhlükəsi isə...

Azərbaycanda donuzların sayı artıb, “donuz qripi” təhlükəsi isə...

11 Yanvar 2019, 13:01

Gürcüstanda insanlar arasında sürətlə yayılan “donuz qripi” (A-H1N1 tipi) qısa müddətdə 14 nəfər insanın ölümünə səbəb olub. Qonşu ölkədəki virusun təhlükəsi Azərbaycandan da yan keçmir. Hazırda Azərbaycanda geniş olmasa da, donuzçuluq təsərrüfatları mövcuddur.

Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, Azərbaycanda 2012-ci ilin 1 yanavar vəziyyətinə görə 6,1 min, 2013-cü ilin 1 yanavar vəziyyətinə görə 6,5 min, 2014-cü ilin 1 yanavar vəziyyətinə görə 6,7 min, 2015-ci ilin 1 yanavar vəziyyətinə görə 6,1 min, 2016-cı ilin1 yanavar vəziyyətinə görə 5,2 min, 2017-ci ilin1 yanavar vəziyyətinə görə 4,4 min, 2018-ci ilin 1 yanvar vəziyyətinə görə isə 4,9 min baş donuz olub.

 

Bəs, hazırda təsərrüfatlarda neçə baş donuz saxlanılır? Epizooloji vəziyyətə necə nəzarət olunur?

 

Modern.az-ın bu qəbildən olan suallarını Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) mətbuat katibi Yolçu Xanvəli cavablandırıb.


V.Xanvəli bildirib ki, İsmayıllı, Qax və digər rayonlardakı donuzçuluq təsərrüfatlarında iti yoluxucu xəstəliklərə qarşı profilaktiki peyvəndləmə, diaqnostik müayinə, dehelmentizasiya, dezinfeksiya, dezinseksiya tədbirləri aparılır:

“Həm Gürcüstanda yayılan “donuz qripi” xəstəliyinin ölkəmizə keçməsinin qarşısını almaq, həm də təsərrüfatlarda epizootoloji sabitliyi təmin etmək məqsədilə donuzçuluq təsərrüfatlarına mütəmadi baytarlıq baxışı keçirilir və təsərrüfatlarda dezinfeksiya tədbirləri aparılır”.


Nazirlik rəsmisinin açıqladığı statsitika hazırda ölkədə donuzların sayının artdığını deməyə əsas verir:

 “Azərbaycanda 7 min baş donuz saxlanılır. Bu təsərrüfatlar da əsasən Qax, İsmayıllı, Qəbələ, Ucar, Oğuz, Xaçmaz, Gədəbəy və Abşerondadır. Ümumiyyətlə, ölkədə böyük donuzçuluq təsərrüfatları yoxdur. Möcvud olanlarda isə 25-30, ən çox isə 100 baş donuz saxlanılır”.

 

Qurum rəsmisi qeyd edib ki, cari ilin epizodik tədbirlər planına uyğun olaraq, donuzlar arasında həm qarayara, həm də klassik tauna görə peyvəndləmə tədbirlərinə start verilib:

“Bununla yanaşı, Gürücüstandan Azərbaycana heyvanlar daşıyan vaqonlar Ələtdə dezinfeksiya edilərək, “Azərbaycan Dəmir Yolları”na QSC-yə təhvil verilir. Hələlik respublikadakı donuzçuluq təsərrüfatlarında heç bir narahatlıq mövcud deyil deyil, vəziyyətə tam nəzarət edilir”.

Y.Xanvəlinin sözlərinə görə, Azərbaycanda donuz ətindən qida üçün istifadə edilir:

“Donuz əti qida üçün, həmçinin kolbasa-sosiska istehsalında istifadə olunur”.

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?