Modern.az

"Qanuni oğru" Azərbaycana təhvil verilib

"Qanuni oğru" Azərbaycana təhvil verilib

13 Dekabr 2009, 10:38

Ukrayna Daxili işlər Nazirliyi cinayət aləmində  “qanuni oğru” kimi tanınan “Rövşən Lənkəranski” ləqəbli Rövşən Caniyevi Azərbaycana təhvil verib. Modern.az-ın məlumatına görə, bu barədə “İnterfax” xəbər verib.
Ukrayna DİN Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin mətbuat xidmətinin məlumatına görə, dekabrın 3-də R.Caniyev sözügedən idarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Qoloseyev Rayon Məhkəməsi onun barəsində həbs qətimkan tədbirini –40 günədək həbsdə saxlanmasını seçib.
”Rövşən Lənkəranski” Azərbaycanda ağır cinayətlər törətdiyinə, görə-qətl törətdiyi və silahla qanunsuz davranışı üçün axtarışda idi. O, Qafqaz “qanunu oğru”ları
arasında nüfuzlularından biri sayılır. Mətbuat xidməti qeyd edir ki, hələ 2008-ci ilin yanvarında da R.Caniyev Ukrayna DİN Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarisə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb və o zaman Şevçenko Rayon Məhkəməsi onun barəsində 40 sutka azadlıqdan məhrum edilməklə bağlı həbs qətimkan tədbiri seçib. Lakin həbsdə olan R.Caniyev Millətlər və Dinlər üzrə Dövlət Komitəsində korrupsiya əlaqələrindən istifadə edərək qaçqın statusu alıb və həbsdən azad edilib.
2009-cu ilin dekabrına kimi o, qeyri-leqal olaraq Ukraynada olub. Lakin Ukrayna Ali İnzibati Məhkəməsi R.Caniyevə qaçqın statusunun verilməsi haqda qərarı ləğv edib

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı