Modern.az

Məhəmməd Əmin Rəsulzadənin barelyefi oğurlandı - FOTOLAR  

Məhəmməd Əmin Rəsulzadənin barelyefi oğurlandı - FOTOLAR   

15 Yanvar 2019, 10:40

Azərbaycanın görkəmli dövlət xadimi, Xalq Cümhuriyyətinin əsas liderlərindən biri Məhəmməd Əmin Rəsulzadənin Bakının Novxanı kəndində doğulub, boya-başa çatdığı evin qarşısındakı barelyefi oğurlanıb.

Modern.az saytı xəbər verir ki, hadisə yanvarın 15-nə keçən gecə baş verib. Qonşular Modern.az-ın əməkdaşına bildiriblər ki, səhər açılanda üzərində Rəsulzadənin şəkli olan mis lövhənin – barelyefin yerində olmadığını görüblər.

Qeyd edək ki, Məhəmməd Əmin Rəsulzadənin vaxtilə yaşadığı həmin ev uzun müddətdir  uşaq bağçası kimi fəaliyyət göstərir.

Oğurlanmış mis barelyefin həmin yerə 1992-1993-cü illərdə vurulduğu bildirilir.

Xatırladaq ki, ötən illərdə bəzi tanınmış simalar dəfələrlə müvafiq qurumlar qarşısında Rəsulzadənin doğulub, boya-başa çatdığı həmin evin muzeyə çevrilməsi təşəbbüsü ilə çıxış ediblər.

Modern.az barelyeflə bağlı hazırkı vəziyyəti əks etdirən fotonu təqdim edir.

 




Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi