Modern.az

Arif Alışanov AzTV sədrliyindən çıxarıldı - SƏRƏNCAM

Arif Alışanov AzTV sədrliyindən çıxarıldı - SƏRƏNCAM

Media

15 Yanvar 2019, 16:30

"Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Alışanov vəzifəsindən azad olunub.

Modern.az-ın məlumatına görə, ölkə başçısı bunla bağlı sərəncam imzalayıb. Sərəncamda deyilir:

"Arif Nizam oğlu Alışanov “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilsin".

Qeyd edək ki, Arif Alışanov 
1977-ci ildə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində işə başlayıb. Ordu sıralarında hərbi xidmət keçdikdən sonra yenidən AzTV-də əmək fəaliyyətini davam etdirib.

1981-ci ildən şöbə müdiri, idarə rəisi, baş idarə rəisi, 1997-ci ildən Texniki-İstehsalat Birliyinin direktoru vəzifələrində çalışıb. 17 may 2001-ci ildən həmin birliyin direktoru vəzifəsi saxlanılmaqla Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkəti sədrinin texnika üzrə müavini işləyib.

28 mart 2005-ci ildə dövlət başçısının sərəncamı ilə «Azərbaycan Teleradio Verilişləri» Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini, 16 avqust 2006-cı ildə isə sədr vəzifələrinə təyin olunub.

Arif Alışanov 2010-cu ilin noyabrında keçirilən parlament seçkiləridə 45 saylı Abşeron seçki dairəsindən Milli Məclisə deputat seçilib. 2015-ci ildə deputat səlahiyyətləri başa çatıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı