Modern.az

İcra Hakimiyyəti polisi təkzib ETDİ: “Rəsulzadənin barelyefi oğurlanıb

İcra Hakimiyyəti polisi təkzib ETDİ: “Rəsulzadənin barelyefi oğurlanıb”

16 Yanvar 2019, 14:26

“Məlumat dəqiqdir, yanvar ayının 15-nə keçən gecə Məhəmməd Əmin Rəsulzadənin Novxanı kəndində yerləşən, hazırda uşaq bağçası kimi fəaliyyət göstərən evinin çöl hissəsinə vurulmuş baralyefi oğurlanıb”.

 

Bunu Modern.az-a Abşeron Rayon İcra Hakimiyyətinin mətbuat katibi Seymur Qasımbəyli məlum hadisə ilə bağlı danışarkən deyib. O qeyd edib ki, faktla bağlı araşdırma aparılır:

“Bundan əlavə Novxanı bələdiyyəsinə yeni baralyefin hazırlanıb yerinə asılması ilə bağlı göstəriliş verilib. Yaxın günlərdə yeni baralyef asılacaq”.

 

Qeyd edək ki, Abşeron rayonu Polis İdarəsindən Modern.az-a verilən açıqlamada “Məhəmməd Əmin Rəsulzadənin Novxanıdakı evindən çıxarılmış barelyef əslində kənar şəxslər tərəfindən oğurlanmayıb, həmin lövhə əslində Novxanı bələdiyyəsi tərəfindən çıxarılıb" deyilmişdi. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi