Modern.az

Aybəniz Haşımova: “Mənə yalandan “yoldaşın sağdır” deyənlərin marağı nə idi?!”

Aybəniz Haşımova: “Mənə yalandan “yoldaşın sağdır” deyənlərin marağı nə idi?!”

Mədəni̇yyət

22 Yanvar 2019, 10:26

“Əslində, mən onun şücaətlərinin böyük pərəstişkarıyam. Hər dəfə döyüş yoldaşları uğrunda fəda olduğu Ağdərənin 7 kəndinin  yenidən özümüzə qayıtmasında bilavasitə Xalidin şücaətinin olmasından danışdıqca, sonda 3 dostunu mühasirədən qurtardıqdan sonra idarə etdiyi zirehli maşının minaya düşməsi nəticəsində həlak olmasını söylədikcə, həm qürurlanır,  həm də kövrəlirəm”.


Modern.az
-ın məlumatına görə,bu fikirləri əməkdar artist Aybəniz Haşımova Qarabağda şəhid olmuş həyat yoldaşı Xalid Quliyevlə bağlı xatirələrini bölüşərkən deyib.


“Onunla ailə quranda çox zəif qız idim.  O qədər sakit, çəkingən, gülərüz mehriban idim ki, ömrümdə nə zamansa onun bütün gücünü mənimsəyə biləcəyimə inanmazdım.  Xalidin silahdaşı dəyərli polkovnik- leytenant Yavər Orucov deyir ki, “Naxçıvanski”də dərs zamanı daim Xalidin qəhrəmanlığını kurs uşaqlarına danışır. Allah onun köməyi olsun. Gözəl inşandı. Yaxşı ki, var! Həmişə var olsun!  Yaxşı ki, yaxşı insanlar var, yoxsa dünyanın sonu hara gedər?!”.


Aybəniz Haşımovanın sözlərinə görə, xəbis insanlar dəfələrlə yalandan Xalidin “sağdır” xəbərini ona veriblər


“O gün dahi Hüseyn Cavidin ev muzeyində rəhmətlik Müşkünaz xanımın Cavidin həbsindən sonra başına gələnlər barədə eşitdim. Niyəsə bir az öz taleyimin bir hissəsini onun taleyinə yaman bənzər gördüm. Cavidin vəfatından sonra yazıq qadını aldadırmışlar ki guya Hüseyn Cavid bu gecə vaqonla keçəcək və cəmi 2 dəqiqə sizinlə görüşə biləcək. Gəlin dəmiryoluna və onlar da saatlarla gözlədikdən sonra NKVD-nin əməkdaşları kənardan ona gülüb gedərmişlər.  Nə qədər qəddar olmalısan ki, bunu edə biləsən. Eyni vəziyyətə az qalırdı ki, məni də salsınlar. Mənim naxışım onda gətirirdi ki, onlara güvənmirdim.  Mənə hələ də maraqlıdır.  Axı, “yoldaşın sağdır, gətirmişik Biləcəridədir, gəlin bura” deyənlər kim idi və maraqları nə idi?! Dəfələrlə müxtəlif insanlar tərəfindən “sağdır, gözümüzlə görmüşük” deyənlərin  marağı nə idi?!

Artıq 26 il ötür ki, Xalid bu dünyada yoxdur. Əslində, çox qəribə səslənsə də, elə bil ruhumda qorxmaz bir kişinin ruhu var. Qorxu deyilən bir deyim qeybə çəkilib. Kaş ki, çox ürkək, zərif bir gəlin qalaydım”.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir