Modern.az

Səməd Seyidov Parisə gedib

Səməd Seyidov Parisə gedib

13 Dekabr 2009, 19:20

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası  əlaqələr komitəsinin sədri, parlamentin Avropa Şurası Parlament Assambleyasındakı daimi numayəndə heyətinin rəhbəri Səməd Seyidov AŞPA-nın Büro, Siyasi işlər və Monitorinq komitələrinin iclaslarında iştirak etmək üçün dekabrın 13-də Parisə gedib. Bu barədə Modern.az-a Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.
Dekabrın 18-dək davam edəcək iclaslarda Avropada demokratiyanın bu günü, Yaxın Şərqdə, Belorusda, Moldovada vəziyyət,  parlament diplomatiyasının təşviqi, Albaniyada, Bosniya-Herseqovinada demokratik təsisatların fəaliyyəti, ekstremizmlə mübarizə, Azərbaycanda ümumi vəziyyət, Ermənistanda 2008-ci il 1-2 mart Yerevan hadisələrinin araşdırılmasına dair yaradılmış xüsusi komitənin hesabatı və digər mövzularda fikir mübadiləsi aparılacaq.
Səməd Seyidov müzakirəyə çıxarılacaq məsələlərlə bağlı çıxış edəcək, fikirlərini bildirəcək.
 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi