Modern.az

Baş nazirin ağız-burnunu qanatdılar

Baş nazirin ağız-burnunu qanatdılar

14 Dekabr 2009, 10:03

İtaliyanın baş naziri Silvio Berluskoni fiziki hücuma məruz qalıb və o, bir gecəni Milan hospitalında keçirməli olub. Modern.az BBC-yə istinadən xəbər verir ki, Milan şəhərində siyasi yürüşdən sonra avtoqraflar paylayarkən Silvio Berluskoni hücuma məruz qalıb və sifətindən xəsarət alıb.

Şahidlər deyirlər ki, bir nəfər yaxın məsafədən 72 yaşlı baş nazirin sifətinə Milan kilsəsinin suvenir modeli ilə zərbə endirib.

Verilən xəbərlərə görə, baş nazir Berluskoninin burnu sınıb, sifətində isə bir neçə kəsik yaralar var.

İtaliyanın xəbərlər agentliyi (ANSA) bildirib ki, baş nazirə hücum edən 42 yaşlı bir kişi olub. Hadisə ilə bağlı ruhi xəstəlikdən müalicə olunan bu şəxs həbs olunub və ona qarşı ittiham irəli sürülüb.

Hadisədən sonra ağzı-burnu qanayan hökumət başçısı jurnalistlər arasına  çıxaraq özünəməxsus şəkildə “hər şey qaydasındadır” jesti edib.  

Qeyd edək ki, Berluskoni korrupsiyada ittiham olunur. Bundan əlavə,onun şübhəli əlaqələri barədə də cəmiyyətdə ziddiyyətli fikirlər dolaşır.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir