Modern.az

Bakıda qanunsuz küçə yürüşü keçirməyə cəhd edən 15 nəfər saxlanıldı - RƏSMİ

Bakıda qanunsuz küçə yürüşü keçirməyə cəhd edən 15 nəfər saxlanıldı - RƏSMİ

26 Yanvar 2019, 20:00

"Yanvarın 26-da, saat 15.30 radələrində 50-60 nəfərdən ibarət bir qrup şəxs “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozaraq Yasamal rayonu Mirəli Seyidov küçəsində toplaşıb küçə yürüşü keçirməyə cəhd edib".

 

Bu barədə Bakı Şəhər Baş Polis İdarəsindən Modern.az-a verilən məlumatda qeyd edilib.

Bildirilib ki, yürüşə cəhd edənlər ətrafdakıların diqqətini cəlb etmək, əhali arasında qorxu, vahimə yaratmaq, vətəndaşların istirahət hüquqlarının pozulması kimi qanunazidd hərəkətlərə yol verib ərazidə xidmətdə olan polis əməkdaşlarına qarşı tabesizlik göstəriblər.

 

"Operativ həyata keçirilən qabaqlayıcı tədbirlərlə ictimai asayişin pozulması ilə müşayiət olunan qanunsuz küçə yürüşünün qarşısı alınıb. Aksiyanın 15 iştirakçısı saxlanılaraq, Yasamal rayon Polis idarəsinə gətirilib, digərləri ərazidən uzaqlaşdırılıb.

 

Saxlanılan şəxslərdən 10 nəfəri məhkəmə tərəfindən inzibati qaydada həbs edilib, 5 nəfər xəbərdar olunduqdan sonra sərbəst buraxılıb".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir