Buludxan Xəlilov,
filologiya üzrə elmlər doktoru, professor
Əlbəttə, təriqət sahibləri dərvişlik etmiş el-obanı gəzib dolaşmaqla öz məqsədlərinə çatmış, mövlam, sahibim, havadarım, yiyəm deyə Allahın mömin qulları kimi bir-birinin haqq səsinə səs vermişlər. Bunu Yunus İmrənin təriqət görüşlərində də görmək mümkündür. Yunus İmrə yazır:
Dərvüş Yunus! Ərafata vararsam,
Üzüm qaraların orda görərsəm,
Dəftərimi sol əlimə alarsam,
Hayıf mənə, yazıq mənə, vay mənə.
Başqa bir misal:
Mən dərvişəm deyənə
Bir ün edəsim gəlir
Tanıyıban şimdidən
Varıb yetəsim gəlir.
Yaxud:
Dərviş Yunus bu sözü
Əyri-üyrü söyləmə
Səni siğəyə çəkər
Bir Molla Qasım gəlir.
Heç də təsadüfi deyildir ki, Yunus İmrə “Çağırıram, Mevlam səni...” deməklə Allahın böyüklüyü qarşısında etiraf etmişdir.
Dağlar ilə, daşlar ilə
Çağırıram, Mevlam səni...
Səhərlərdə quşlar ilə
Çağırıram, Mevlam səni...
Su dibində mahi ilə,
Səhralarda ahu ilə,
Abdal olub “ya hu” ilə
Çağırıram, Mevlam səni...
Göy üzündə İsa ilə,
Tur dağında Musa ilə,
Əlimdəki əsa ilə
Çağırıram, Mevlam səni...
Dərdi öküş Eyyub ilə,
Gözü yaşlı Yaqub ilə
Ol Məhəmməd məhbub ilə
Çağırıram, Mevlam səni...
Həmdü şükrü lillah ilə,
Vəsfi küllhüvəllahilə,
Açıq baş, yalın ayaq ilə,
Çağırıram, Mevlam səni...
Yunus oxur dillər ilə,
O qumru, bülbüllər ilə,
Haqqı sevən qullar ilə,
Çağırıram, Mevlam səni...
Yunus İmrəyə görə, qurulan, yaranan, bitən, tikilən hər bir şey “Allah deyə-deyə” var olur.
Diqqət yetirək:
Şol cənnətin irmaqları
Axar Allah deyə-deyə
Çıxmış islam bülbülləri
Ötər Allah deyə-deyə.
SalınırTubadalları,
Quranoxurhəmdilləri,
Cənnət bağının gülləri,
Qoxar Allah deyə-deyə.
Kimlər yeyib, kimlər içər,
Həm mələklər zəhmət saçar,
İdris Nəbi hüllə biçər,
Tikər Allah deyə-deyə.
Həp nurdandır dirəkləri,
Gümüşdəndir yarpaqları,
Uzandıqca budaqları,
Bitər Allah deyə-deyə.
Aydan arıdır üzləri,
Şəkərdən dadlı sözləri,
Cənnətdə huri qızları,
Gəzər Allah deyə-deyə.
Təriqət sahiblərində İlahi eşq hər bir şeyi üstələyən eşq olmuşdur. Onların bir gözələ də, bütün aləmə, varlığa da olan məhəbbəti İlahi eşqin tələbləri ilə bağlıdır. İlahi eşqdə Allahın qulu olan hər bir kəs Allahı sevə-sevə təmizlənir, haqqın xəbərini sora-sora bütün dostların, tanışların könüllərinə Allaha olan sevgini paylayır. Bu mənada Əhməd Yəsəvi “bana sen gereksin sen” deyəndə də İlahi eşqin tələbləri baxımından gərəkli olan “sən”i nəzərdə tutur. Həmin “sən” adi “sən” deyil, Əhməd Yəsəvinin ömrü boyu axtardıqlarını tapdığı “sən”dir. Həmin “sən” həm daxilən, həm də zahirən Allahın qulunun (Əhməd Yəsəvinin) təriqətinə Allah yolunda sadiq olan “sən”dir. Həmin “sən”lə Əhməd Yəsəvi rahatlıq tapır, həmin “sən” Əhməd Yəsəvi üçün dünyadır, aləmdir, hər şeydir. O yazır:
İşkıng kıldı şeyda mini cümle alem bildi mini
Kayğum sin sin tüni küni minge sin ok kirek sin
Taalallahzihimanisinyarattıngcismücannı
Kullıkkılsamtünikünimingesinokkireksin
Közümaçdımsinikördümkülköngülnisingebirdim
Uruğlarımterkinkıldımmingesinokkireksin
Sözlesemmintilimdesinközlesemminközümdesin
Könglümdehemcanımdasinmingesinokkireksin
Fedabolsunsingecanımtökerbolsangminimkanım
Minkulıngminsinsultanımmingesinokkireksin
Alimlergekitabkireksufilergemescidkirek
MecnunlarğaLeylakirekmingesinokkireksin
Ğafillergedünyakirekakillergeukbakirek
Vaizlergeminberkirekmingesinokkireksin
Alembarıuçmakbolsacümlehurlarkarşukilse
Allahmingeruzikılsamingesinokkireksin
Uçmahkiremcevlankılamnehurlarğanazarkılam
Anımunıminnekılammingesinokkireksin
HaceAhmeddürminimatımtüniküniyanaratım
İkicihandaümidimmingesinokkireksin
Eyni əqidə və düşüncə tərzi ilə Yunus İmrə “Mənə səni gərək, səni” deyir. Hər ikisində (Əhməd Yəsəvidə və Yunus İmrədə) duyum və deyim tərzi, eyni zamanda dərketmə və obyektə yanaşma prinsipləri, demək olar ki, eynidir. Fərq birinin Əhməd Yəsəvi, digərinin isə Yunus İmrə olmasıdır. Yunus İmrə yazır:
Eşqinaldıməndənməni
Mənəsənigərək, səni.
Mən yanaram dünü günü
Mənə səni gərək, səni.
Nəvarlığasevinirəm
Nə yoxluğa yerinirəm
Eşqin ilə ovunuram
Mənə səni gərək, səni.
Eşqin aşiqlər öldürür
Eşq dənizinə daldırır
Təcəlli ilə doldurur
Mənə səni gərək, səni.
Eşqin şərabından içəm
Məcnun olub dağa düşəm
Sənsən dünü gün əndişəm
Mənə səni gərək, səni.
Sufilərə söhbət gərək
Zahidlərə cənnət gərək
Məcnunlara Leyla gərək
Mənə səni gərək, səni.
Əgər məni öldürələr,
Külüm göyə sovuralar,
Torpağım ordan çağırar
Mənə səni gərək, səni.
Yunusdurur mənim adım
Günü günü artar dərdim.
İki cahanda məqsudum
Mənə səni gərək, səni.
Təriqət sahibləri həqiqət axtarışında yorulanda dosta üz tutublar. Belə məqamlarda Əhməd Yəsəvi dostlarına (məsləkdaşlarına) müraciət edib. Yunus İmrəni müqayisəyə cəlb etsək görərik ki, o, “Gəl dosta gedəlim, könül” deyibdir. Əhməd Yəsəvi Allahın qərarlı olmasını, həqiqəti sevən bəndələrindən razı olmasını, Allahın hökmü ilə havalanıb uçduğunu bəyan edir.
Uşbucanbizlerbilenbirniçeyıllarbaridi
HakTaalahükmibirlenazmitedürdostlarım
Emr-iHakkabarçahalk-ıaleminboldırıza
Olhakikatbendelerdayimrızadurdostlarım
KulHaceAhmedtutisipervazitedüruçkeli
Neylesünmiskinkimolhükm-iHudadurdostlarım
Yuxarıda qeyd etdiyimiz kimi, Yunus İmrə bir az fərqli şəkildə dostlarına üz tutur və “gəl dosta gedəlim, könül” deyir. Əslində tamamilə bir-biri ilə tən olan, inam və güvənc yeri olan dostlarına onların hər ikisini həqiqət bağlayır. O həqiqət ki, onu dərkedənlər bir yolun yolçusu olmaqla min cür əzab-əziyyətə dözərək həmin yolu qət edirlər. Bu yola çoxlarını qoşurlar və onlarla dostlaşırlar. Bu cür dostluqla, birliklə Allahın sevimlisinə çevrilirlər. Könüldən-könülə yollar çəkirlər.
Həmin yol əqidə yoludur, məslək yoludur, həqiqət yoludur. Bu yolların hamısına yol açan var. Yol fəth edənlərə yol açan isə Allah özüdür. Bütün yollar Allahın yolunda birləşir. Hər şey onun naminədir və ona xidmət etmək üçündür. Bu mənada “gəl dosta gedəlim, könül” deyən Yunus İmrənin yolu da belədir. Onun poetik “mən”inin xidmət dairəsi də belədir. Yunus İmrə yazır:
Bir nəzərdə qalmayalım
Gəl dosta gedəlim, könül.
Həsrət ilə ölməyəlim
Gəl dosta gedəlim, könül.
Gəl gedəlim can durmadan
Surət tərkini urmadan
Araya düşmən girmədən
Gəl dosta gedəlim, könül.
Tərk edəlim elü şəri
Dost üçün qılalım zarı
Ələ gətirəlim yarı
Gəl dosta gedəlim, könül.
Qulavuz olgil sən mənə
Yönələlim dostdan yana
Baxmayalım öndən sona
Gəl dosta gedəlim, könül.
Ölüm xəbəri gəlmədən
Əcəl yaxamız almadan
Əzrayıl həmlə qılmadan
Gəl dosta gedəlim, könül.
Gerçək İrəmə varalım
Haqqın xəbərin soralım
Yunus İmrəni alalım
Gəl dosta gedəlim, könül.
Əhməd Yəsəvidəki və Yunus İmrədəki eyni düşüncə tərzinin müxtəlif ifadə formaları özünün təsdiqini tapır. Necə olur ki, hər iki təriqət adamı eyni cür düşünür? Birincisi, hər ikisi eyni yaddaşdan, eyni mənbədən və genetik düşüncə tərzindən qaynaqlanır. İkincisi, hər ikisi təriqət əhli olmaqla haqqı, ədaləti, həqiqəti axtarır. Üçüncüsü, hər ikisi Allahın qulu olmaqla ona itaət edir, onun əmrlərinə tabe olur. Bu cür yaxınlıqlar və digərləri hər ikisində müşahidə olunan ortaq cəhətlərlə diqqəti cəlb edir. Düşüncə tərzində ortaq olan cəhətlərdən biri də Əhməd Yəsəvinin aşağıdakı hikmətlərində öz təsdiqini tapır.
Hak yolığakirgenler Allah tiyü yorgenler
İrenler izin izlep memalikdin kiçmişler
Dünya mening digenler cihan malın alğanlar
Kerges kuşdik boluban ol haramğa batmışlar
Tatlığ tatlığ yigenler türlüg türlüg kiygenler
Altun taht olturgenler tofrak astın kalmışlar
Əhməd Yəsəvinin “Dünya benim diyenler” barəsində söylədiyi hikmətlər Yunus İmrədə ayrı bir formada, üslubda və poetik biçimdə, əslində isə eyni məzmuna, ideyaya xidmət etməklə səslənir. Bu mənada Yunus İmrə yazır:
Biz dünyadan gedər olduq
Qalanlara səlam olsun.
Bizim üçün xeyir dua
Qılanlara səlam olsun.
Əcəl bükə belimizi
Söylətməyə dilimizi
Xəstə ikən halımızı
Soranlara səlam olsun.
Tənim ortaya açıla
Yaxasız kömlək biçilə
Bizi bir asan vəch ilə
Yuyanlarasəlamolsun.
Sal verilən qəsdimizə
Gedər olduq dostumuza
Namaz üçün üstümüzə
Duranlara səlam olsun.
Dərviş Yunus söylər sözü
Yaş dolmuşdur iki gözü
Bilməyən nə bilsin bizi
Bilənlərə səlam olsun.
DAVAMI VAR...