Modern.az

Pirallahıdakı müəllimlərin məktəbdə “girov qalmaları”na AYDINLIQ GƏTİRİLDİ  

Pirallahıdakı müəllimlərin məktəbdə “girov qalmaları”na AYDINLIQ GƏTİRİLDİ   

29 Yanvar 2019, 12:39

Bakı şəhəri Pirallahı rayonu Çilov adasındakı 131 saylı orta məktəbin müəllimlərinin adada əsir kimi qalmaları barədə məlumat yayılıb. Bildirilib ki, sözügedən təhsil ocağının müəllimləri ötən həftənin cümə günündən etibarən evlərinə gedə bilmirlər.

Məsələ ilə bağlı Pirallahı rayonu Çilov adası 131 nömrəli tam orta məktəbdən Modern.az-ın sorğusuna cavab verilib.


“Çilov adasında fəaliyyət göstərən 131 nömrəli tam orta məktəbdə çalışan müəllimlərin gediş-gəlişi gəmi ilə həyata keçirildiyinə görə, bəzən hava şəraiti ilə əlaqədar işçilərin təhlükəsizliyi nəzərə alınaraq şəhərlə nəqliyyat əlaqəsində ləngimələr ola bilir. Bu dəfə də şəhərdə yaşayan bir neçə müəllimin hava şəraiti ilə bağlı evlərinə getməsi ləngiyib. Ən qısa zamanda hava şəraiti gəmilərin hərəkətinə imkan verən kimi, onların evə getməsi mümkün olacaq.

Qeyd edək ki, müəllimlərin gediş-gəlişi məsələsində hava şəraiti ilə bağlı ləngimələr olmasa, heç vaxt digər çətinlik yaranmayıb. Çilov adasında yerləşən "28 May" NQÇİ-nin rəhbərliyi həmişə müəllimlərin gediş-gəlişi üçün yaxından köməklik göstərir”.


Xatırladaq ki, Rasim İbrahimov adına 131 nömrəli tam orta məktəb Bakı şəhəri Pirallahı rayonu Çilov adasında yerləşir. Məktəb 1951-ci ildən fəaliyyət göstərir. Məktəbdə hazırda 80 şagirdin təlim-tərbiyəsi ilə 22 pedaqoji işçi məşğul olur. Məktəbin binası Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "28 May" NQÇİ-nin balansındadır. Məktəb 2007-ci ildə əsaslı təmir olunmuş və müvafiq avadanlıqlar verilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir