Modern.az

Prezident 2 nəfərə general-mayor rütbəsi verdi

Prezident 2 nəfərə general-mayor rütbəsi verdi

29 Yanvar 2019, 18:35

Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.

 

Modern.az-ın məlumatına görə, sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin aşağıdakı əməkdaşlarına gömrük xidməti general-mayoru ali xüsusi rütbəsi verilsin:

 

Məmmədov Kənan Ələsgər oğlu - Bakı Baş Gömrük İdarəsinin rəisi

Rəsulov Məsum Eynalı oğlu - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin rəisi.

 

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi əməkdaşlarının təltif edilməsi haqqında da sərəncam imzalayıb.

 

Sərəncamda qeyd edilir ki, xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin aşağıdakı əməkdaşları təltif edilsinlər:

 

3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə

 

Hüseynov İsmayıl Xəlil oğlu

Xəlilov Təmkin Həsən oğlu

Qaralov Səməd Əsəd oğlu

 

“Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə

 

Abbasov Mehman Abbas oğlu

Ağayev Ziya Ağadayı oğlu

Əhmədov Vüqar Səməd oğlu

Əliyev Ələkbər Abdulla oğlu

Əsgərov Niyazi Məhərrəm oğlu

Hüseynov Ruslan Sabir oğlu

İsmayılov Aftandil Nizami oğlu

Qəribov Mahin Heydar oğlu

Mehdi Akif İbad oğlu

Məmmədov Qalib Müslüm oğlu

Məmmədov Rəşad Qurban oğlu

Nəsirov Valid Mais oğlu

Nəsirova Minayə Ramiz qızı

Niyazova İradə Səməd qızı.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir