Modern.az

Elmar Məmmədyarov İrana rəsmi səfərə gedib

Elmar Məmmədyarov İrana rəsmi səfərə gedib

14 Dekabr 2009, 13:48

Bu gün  Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İrana rəsmi səfərə gedib. Modern.az-ın məlumatına görə,  bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Birgünlük səfər çərçivəsində keçiriləcək görüşlərdə Azərbaycan ilə İran arasında ikitərəfli əlaqələrin inkişaf perspektivləri, regional əməkdaşlıq, Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi və digər məsələlər müzakirə olunacaq.

Bundan əlavə, Azərbaycan-İran hökumətlərarası komissiyanın həmsədri kimi, E.Məmmədyarov bu komissiyanın fəaliyyəti ilə bağlı müzakirələr aparacaq.

        

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub