Modern.az

İrəvandakı Göy məscid... (FOTOLAR)

İrəvandakı Göy məscid... (FOTOLAR)

Reportaj

29 Noyabr 2011, 16:02


MDB Dinlərarası Şuranın İrəvanda keçirilən konfransında iştirak etmiş bütün Qafqazın şeyxi hacı Allahşükür Paşazadə Ermənistan paytaxtındakı Cümə məscidində namaz qılıb.
Məlumatlara görə, XVIII əsrin yadigarı olan bu məscid hazırda İrəvanda yaşayan və işləyən müsəlmanların ibadətgahı kimi fəaliyyət göstərir. Məsciddə əsasən İrandan İrəvana işgüzar səfərə gələn və orada yaşayan şəxslər namaz qılırlar.

Modern.az saytının məlumatına görə, İrəvanın mərkəzində fəaliyyət göstərən bu ibadətgah Göy məscid adlanır. Tarixçilərin məlumatına görə, Göy məscid 1760-cı ildə İrəvan xanı Hüseynəli xanın əmriylə tikilib və Azərbaycan memarlıq nümunələrindən biridir. Eni 66 metr, uzunluğu 97.2 metr olan Göy məscid İrəvan məscidləri içərisində ölçüsünə görə ən böyüyü və İrəvan şəhərinin mərkəzi came məscididir.

Çar dövründə İrəvanda azərbaycanlıların dua etdikləri 8 məsciddən biri də indi adı çəkilən Göy məscid olub. Məscid 28 hücrə, kitabxana, ibadətgah və iç həyətdən ibarətdir. Sovet hakimiyyəti illərində - 1931-ci ildə bu məscid bağlanıb. Onun yerində İrəvan şəhər Muzeyi yaradılıb. İkinci Dünya Müharibəsindən sonra Sovet hökümətinin radikal dünyavi siyasətinə uyğun olaraq hündürlüyü 24 metr olan 4 minarədən 3-ü sökülüb.
1952-də ildə isə məsciddən hətta ayrı məqsədlər üçün də istifadə olunub.

Məscid XX yüzildə ermənilər tərəfindən iki dəfə yandırılıb. İlk dəfə 1918-ci ildə, sonra isə 1955-ci ilin martında.

Sovet hakimiyyəti dağılandan sonra – 1990-cı illərin sonlarında isə Ermənistan hakimiyyəti İrəvan muzeyini başqa yerə köçürərək məscidi təmir üçün İrana verib. 1995–2006-cı illərdə məscid İran tikinti şirkətlərinin köməyi ilə bərpa olunub və İranın Ermənistandakı mədəniyyət mərkəzlərindən birinə çevrilib.
İngilis tədqiqtçısı Tom de Vaalın yazdığına görə, ermənilər İrəvandakı məscid barədə danışanda onu "fars məscidi" kimi qələmə verməyə çalışırlar. Bununla onlar  "fars" deməklə məscidin 1760-cı ildən Azərbaycan türklərinə məxsus olduğunu unutdurmağa çalışırlar.





Modern.az 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır