Modern.az

İsgəndər Həmidov Şəkidə saxlanıldı və...

İsgəndər Həmidov Şəkidə saxlanıldı və...

Hadisə

30 Yanvar 2019, 13:28

Sabiq daxili işlər naziri, Azərbaycan Xalq Hərəkatı adlı təşkilatın təsisçilərindən biri İsgəndər Həmidov saxlanılıb. 

Modern.az xəbər verir ki, bu barədə "facebook" sosial şəbəkəsində Azərbaycan Milliyətçi Demokratik Partiyasının sədri Qələndər Muxtarlı məlumat verib.

Onun sözlərinə görə, sabiq nazir Şəkidə saxlanılıb: 

“Sabiq müdafiə naziri Rəhim Qazıyevin anasının vəfatının ildönümü ilə əlaqədar olaraq yas mərasiminə gedən İsgəndər Həmidov Şəki rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. O, 1 saata yaxındır ki, polis bölməsindədir. Barəsində və saxlanılma motivləri haqqında məlumat verilmir. İsgəndər Həmidovun maşını da Polis bölməsinin həyətinə salınıb”.

Bu dəqiqələrdə verilən məlumata görə, İsgəndər Həmidov sərbəst buraxılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub