Modern.az

Qızım Aytənə oxşayan Aydan Aya: “Alo, mən səni görürəm!”

Qızım Aytənə oxşayan Aydan Aya: “Alo, mən səni görürəm!”

Ədəbi̇yyat

30 Yanvar 2019, 13:33

Əziz Aydan Ay, məktubunla təsadüfən rastlaşdım. Səhər tezdən işə gələn kimi Emil Rasimoğlunun mənim barəmdə Manevr.az-da dərc olunmuş yazısını axtarırdım, təsadüfən klaviaturada barmaqlarım Modern.az.az saytının linkinə toxundu və mənə ünvanladığın məktubu gördüm. Eynilə qızım Aytənə oxşayırsan, Aydan! Şəklini öz şəklimlə yanaşı görüb, yazını oxumağa başladım. Elə bildim, illərlə üzün görmədiyim qızım Aytən mənə məktub yazıb. 


Aşağıdakı abzasa qədər mənim hansı halı keçirdiyimi təsəvvürünə gətirə bilməzsən:

“...Əlisəmid Kür – mürgülü ağrılarımı oyadıb, danışdıran adam,

2400 kilometirlik həsrətin ardından mən səni qızın kimi qucaqlaya bilərəmmi?

Ən azından ona görə ki, mənə "Alo...Alo, qızım, mən səni görürəm" deyən olmadı...Olmadı, Əlisəmid Kür!

Ona görə də bir gün hər payız saralan göz yaşımı danışacam sənə, danışacam bu şəhərdə...

İndi isə bir xahişim var.

Oxu bu sətirləri, mənə də darıx, darıx balan kimi...”

Mənim balam, Aydan Ay, bu gündən sən mənimçün Aytən əvəzisən. Bilmirəm, səni necə əzizləyim, necə ovudum, bircə bunu deyə bilərəm: bu gündən sən mənim balamsan!
Məni atan bil.
Vəssalam! 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir