Modern.az

Bakıdakı xəstəxanalarda nöqsanlar aşkarlanıb, baş həkimlərə töhmət verilib

Bakıdakı xəstəxanalarda nöqsanlar aşkarlanıb, baş həkimlərə töhmət verilib

14 Dekabr 2009, 14:30

Bakı şəhərində yerləşən səhiyyə müəssisələrində tibb işçilərinin işə qəbulu vəziyyəti araşdırılıb. Modern.az-ın Səhiyyə Nazirliyindən əldə etdiyi məlumata görə, yoxlamalar paytaxtdakı 47 tibb müəssisəsini əhatə edib. Nəticədə tibb müəssisələrində xeyli nöqsanlar aşkarlanıb. Nöqsanlara yol verən səhiyyə ocaqlarının baş həkimlərinə töhmət verilib, xəbərdarlıq edilib.

Səhiyyə Nazirliyinin məlumatına görə, 2006-cı ilin əvvəlindən indiyədək respublikadakı dövlət tibb müəssisələrinə 1600-dən çox həkim və 2800-ə qədər orta tibb işçisi işə qəbul edilib. Səhiyyə nazirinin 1 dekabr 2005-ci il tarixli 143 saylı əmrinə əsasən  kadrların seçilərək yerləşdirilməsi zamanı şəffaflığın təmin edilməsi üçün tibb müəssisələrində işçilərin işə qəbulu və işdən azad olunması üzrə komissiyalar olmalıdır. İşə qəbul barədə Səhiyyə Nazirliyinin qəzetində elan verilməli, sonra müsabiqə əsasında işəgötürülmə həyata keçirilməlidir.

Lakin Səhiyyə Nazirliyinin yoxlama komissiyasının araşdırması nəticəsində məlum oilub ki, bəzi tibb müəssisələrində kadrların işə qəbulu ilə əlaqədar ciddi nöqsanlara yol verilib.

Bu sırada Elmi-Tədqiqat Tibbi Bərpa və Kardiologiya institutlarının, Respublika Uşaq Kliniki Xəstəxanası, 3 saylı Şəhər Poliklinikası, Azərbaycan Tibb Universitetinin

Stomatoloji Klinikasının adı birinci çəklir. Məlum olub ki, onlarda işə qəbul üçün müvafiq komissiyalar yaradılmayıb, əvvəlcədən élan verilməyib, müsabiqə keçirilmədən tibb işçiləri işə götürülüb. Yoxlama zamanı müəyyən edilib ki, bəzi səhiyyə müəssisələrində əksər hallarda hər vakant vəzifə üzrə alternativsiz, yalnız bir nəfərin sənədləri komissiyaya təqdim olunub. Əlavə müraciət edənlərin sənədləri isə müxtəlif bəhanələrlə geri qaytarılıb. Bu da müsabiqənin əsas məqsədinə - seçim, hazırlıqlı kadrların işlə təmin edilməsi prinsiplərinə xələl gətirib, işə qəbulun belə təşkili əslində formal xarakter daşıyıb. Yoxlamalar zamanı o da məlum olub ki, səhiyyə nazirinin qadağasına baxmayaraq əksər tibb müəssisələrində natamam ştat vahidləri üzrə işə qəbul aparılıb. Belə ki, işə götürülən 127 həkimin, 161 orta tibb işçisinin əmrə zidd olaraq natamam ştat vahidi üzrə işə qəbul olunduğu müəyyənləşib. Belə faktlar 7 saylı Birləşmiş Şəhər Xəstəxanasında, Respublika Neyrocərrahiyyə Xəstəxanasında, Elmi-Tədqiqat Kardiologiya İnstitutunda, 3 saylı Şəhər Poliklinikasında, Respublika Uşaq Kliniki Xəstəxanasında  daha çox qeydə alınıb. Əmrə zidd olaraq natamam ştat vahidi üzrə işə qəbulun nəticəsi xəstəxanalarda işçilərin ştatdan artıq olmasına və əksər tibb işçilərinin tam ştat vahidində işləməməsinə səbəb olub.

Məsələn, 1 saylı Doğum Evində həkimlərin

79%-nin, 3 saylı Şəhər Poliklinikasında 60%-nin, ET Kardiologiya İnstitutunda 55%-nin, Respublika Uşaq Klinik Xəstəxanasında 54%-nin, Respublika Uşaq Stomatoloji Mərkəzində 50%-nin tam ştat vahidində işləmədiyi aşkarlanıb.  

Yoxlamalar zamanı bəzi xəstəxanalar üzrə işə qəbul elanında göstərilən 1 ştat vahidi vakant vəzifəyə iki nəfər qəbul edilməsi faktı üzə çıxıb. Belə halların 3 və 10 saylı Şəhər Poliklinikaları, Respublika Uşaq Stomatoloji Mərkəzi, Respublika Klinik Uşaq Xəstəxanasında aşkarlandığı bildirilir.

İxtisasları üzrə 5 ildən çox işləməyən, müvafiq hazırlıq keçməyən tibb işçilərinin işə qəbul olunması faktları da qeydə alınan nöqsanlar sırasındadır. Belə faktlar Tibbi Bərpa İnstitutu, ET Kardiologiya İnstitutu, ET Pediatriya İnstitutu, Respublika Uşaq Kliniki Xəstəxanası, 31 saylı Birləşmiş Şəhər Xəstəxanası,

Travmatologiya və Ortopediya Xəstəxanası, ATU-nun Stomatoloji Klinikası, 3 saylı Uşaq Poliklinikası, 3, 6, 10 saylı Şəhər Poliklinikalarıda aşkarlanıb.

Yoxlama komissiyası Respublika Uşaq Kliniki Xəstəxanasına, ET Tibbi Bərpa, ET Kardiologiya, ET Mamalıq və Ginekologiya, ET Ağciyər Xəstəlikləri institutlarına dövlət qeydiyyatından keçməmiş "Loğman" Tibb Məktəbinin, Göyçay Universitetinin Tibb Kollecinin və Salyan Orta Tibb Kollecinin 8 nəfər məzununun qanunvericiliyə zidd olaraq işə qəbul edildiyini üzə çıxarıb. Eyni zamanda xarici ölkələrdə təhsil almış həkim və orta tibb işçilərinin Səhiyyə Nazirliyinin müvafiq şəhadətnaməsini almadan işə qəbul olunması (2 saylı Psixiatriya Xəstəxanası, ET Kardiologiya İnstitutu) faktları da qeydə alınıb. O da məlum olub ki, Bakıdakı bəzi xəstəxanalar təyinatla respublikanın rayonlarına göndərilən, ancaq təyinatları üzrə işləməyən gənc mütəxəssisləri icazəsiz işə götürüblər.

Səhiyyə Nazirliyindən Modern.az-a bildirilib ki, həkimlərin və orta tibb işçilərinin işə qəbulunda və Səhiyyə Nazirliyinin 143 nömrəli əmrinin yerinə yetirilməsində ciddi nöqsanlara yol vermiş baş həkimlərə töhmət elan edilib. Bəzi tibb müəssisələrinin rəhbərlərinə  isə tibbi kadrların işə qəbulunda yol verdikləri çatışmazlıqlara görə xəbərdarlıq olunub. Adəm Qorxmaz

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub