Modern.az

Tolerantlıq siyasətinin yeni platforması - Azərbaycan MDB müsəlmanları üçün “lokomotiv”ə çevrilir

Tolerantlıq siyasətinin yeni platforması - Azərbaycan MDB müsəlmanları üçün “lokomotiv”ə çevrilir

Mədəni̇yyət

31 Yanvar 2019, 11:32

Zəngin mədəni irsi və dini tolerantlıq ənənələri olan Azərbaycan hazırda mədəniyyətlərarası dialoq məkanına uğurla transformasiya olunur, özünün zəngin təcrübəsini dünya ictimaiyyətinə təklif edir.

Bu, özünü 2008-ci ildən bəri yürüdülən və “Bakı prosesi” adı verilmiş yeni pltaformasında bariz şəkildə göstərir. Bu platformada səslənən mesajlar Azərbaycanın multkultural inteqrasiya üçün yeni çağırışlarıdır. Bununla da dövlətimiz Azərbaycan multikulturalizmini xarici siyasətimizdə önə çıxarıb. Bu isə milli-dini əməkdaşlıq konsepsiyalarının yaranmasını sürətləndirib.

Təsadüfi deyil ki, multkultural inteqrasiya hazırkı qloballaşan  dünyamızda siyasətin vacib detalı kimi çıxış edir. Qloballaşmanı isə təkcə, siyasi və sosial-iqtisadi proseslə xarakterizə etmək düzgün deyil. Tədqiqatçılar qloballaşmanın cəmiyyətin bütün sahələrini, o cümlədən milli-dini-mədəni sahəni də əhatə etdiyini göstərirlər.

Odur ki, “Bakı prosesi” dünyaya belə mədəni platformada mulkultural əməkdaşlığı təklif etməklə, bu qlobal ideyanın daşıyıcı və təşviqatçısı kimi çıxış edir. Azərbaycanın bu mənada böyük rolu həm də ondadır ki, dünyanı multikulturalizmin qlobal ideya olaraq qəbul edilməsinə çağırışlar edir. 

Bu baxımdan dinlərin qarşılıqlı dialoquna nail olmaq Azərbaycanda dövlət siyasətinin mühüm tərkib hissəsidir. Qeyd etmək lazımdır ki, Azərbaycan Prezident İlham Əliyevin elan etdiyi multkulturial siyasəti ilə MDB məkanında aparıcı dövlətə çevrilə bilib. Bu siyasətin mühüm detalı dini tolerantlıq və bu zəmində yürüdülən siyasətdir.

Azərbaycanda həyata keçirilən dinlə bağlı siyasətin əsas mahiyyəti dini etiqad, vicdan azadlığının təmin edilməsidir. Bununla yanaşı, konfessiyalararası münasibətləri, dinlərarası dialoqu, tolerantlıq mühitini qoruyub saxlamaq əsas prioritet istiqamətlərdən biridir.


Azərbaycanın dünya dövlətlərinə təqdim etdiyi multikultural model xalqların dostluq və mehriban şəraitdə birgəyaşamasını təmin edən mükəmməl modeldir. Müxtəlif inanc, mədəni ənənə, siyasi məslək daşıyıcısı olan insanların birliyini ehtiva edən bu modelin uğuru artıq dünya tərəfindən etiraf olunur və vətəndaş cəmiyyətinin əsas əxlaqi prinsipi kimi çıxış edir.  

Ölkəmizdə dini tolerantlığın indiyə kimi qorunub saxlanılmasında Azərbaycan xalqı və islam dini misilsiz rol oynayıb. Belə mədəni əməkdaşlıq yüz illərlə qarşılıqlı etimada və hörmətə əsaslanan mütərəqqi milli-mədəni və dini münasibətlər sistemi formalaşdırıb.

Qafqazda islamın yayılması və inkişaf etməsi Qafqaz xalqlarının tarixinin böyük bir hissəsini təşkil edir. Qeyd edək ki, Qafqazda islamın yayılması, əsasən, Azərbaycandan başlayır və Azərbaycan tarixinin böyük bir hissəsini təşkil edir. Bu baxımdan Azərbaycan Qafqazda islam dəyərlərinin, islam sivilizasiyasının yayılması və inkişaf etməsində xüsusi rol oynayıb.

Bölgəmizin həssas məkanda yerləşməsi tarixən buranı böyük güclərin mübarizə meydanına çevirib. Öz maraqları üçün burada yaşayan  xalqları dini və milli zəmində üz-üzə qoymaq siyasəti aparanlar öz işğalçılıq siyasətlərini həyata keçirmək üçün həmişə din amilindən istifadə ediblər. Bu baxımdan Rusiyada çarizmin yürütdüyü siyasət məzhəblərarası ixtilafı körükləməklə Asiyada öz mövqeyini gücləndirmək cəhd edirdi.

Amma Azərbaycan xalqının bu siyasətə boyun əyməməsi və dini qarşıdurmaya yol verməməsi bir çox hallarda bu xəbis niyyətlərin baş tutmasına mane olub. Bunun kökü isə Azərbaycanın Qafqazda islamı qəbul etmiş ilk xalq olması faktı mühüm rol oynayıb. Tarixi faktlar onu göstərir ki, Azərbaycandan şimalda olan xalqlar bizdən fərqli olaraq islamı yalnız XV -XVI əsrlərdə qəbul ediblər. Odur ki, deyə bilərik ki, islamın yolu Azərbaycandan keçib. Faktlar göstərir ki, Azərbaycanda dini tolerantlıq mədəniyyəti tarixən yüksək olub. Burada dinlərin və məzhəblərin bərabər və sülh içində yaşaması tarixin bütün mərhələlərində müşahidə olunub.



Bütün bunları nəzərə alıb söyləmək mümkündür ki, Azərbaycan Qafqazda dini əməkdaşlıq mərkəzi kimi çıxış edə bilər
. Bakı üçün bu prosesin idarə olunması, öz prinsiplərinin bölgədə və dünyada yürüdülməsi üçün Qafqaz Müsəlmanları İdarəsi mühüm rıçaqdır. Bu baxımdan dinlərarası dialoq və dini tolerantlığın inkişafı sahəsində Qafqaz Müsəlmanları İdarəsinin fəaliyyəti geniş və çoxcəhətlidir. Dövlətimizin dini tolerantlıq mədəniyyətinin inkişafında QMİ  tarixən özünəməxsus rol oynayıb və dini konfessiyalar arasında dözümlülüyün təbliğ edilməsində fəaliyyət göstərib. 


Son illərdə MDB məkanında yad radikal dini baxışları təbliğ edən cərəyanların yaranması, dini don geyindirilmiş terror aktlarının baş verməsi, ekstremizmin və separatçılığın artması bu məkanda yaşayanları narahat etməkdədir. Bu cür mənfi meylləri aradan qaldırmaq dini liderlərin qarşısında duran vacib məsələlərdən biridir.

Bunun üçün vacib olan nufuzulu din xadimlərinin birgə cəbhəsini yaradaraq  bu təhlükəyə qarşı birləşməkdir. Burada Azərbaycanın təbliğ etdiyi multkultural əməkdaşlıq formatı ən əlverişli platforma sayıla bilər. Bu model əsasında çıxış edən QMİ və onun rəhbəri şeyxülislam Allahşükür Paşazadə MDB-nin və dünyanın ruhani liderləri ilə əməkdaşlığı faydalıdır. Bu,  Prezident İlham Əliyevin yürütdüyü tolerantlıq siyasətinin dünyada və MDB məkanında təbliğini yol açmaqla, eyni zamanda Bakını bu siyasətin məhək daşına çevirir. Son illərin təcrübəsi bir daha sübut edir ki, görkəmli din xadimlərinin beynəlxalq səviyyədəki nüfuzu, rəhbərlik etdikləri qurumların dinlərarası dialoq formatı ciddi gərginlik ocaqlarının söndürülməsi üçün öz yaxşı töhfələrini verə bilir.


QMİ sədrinin son Vladiqafqaz və Moskva səfəri bu baxımdan Prezident İlham Əliyevin bu uğurlu siyasətinin əsas prioritetlərini daşıyır.



Vladiqafqazda Prezidentin şəxsi vəsaiti hesabına təmir olunmuş məscid məzhəbindən asılı olmayaraq bütün etiqadlı insanlar üçün qapılarını açdı. Radikal məzhəb təriqətçiliyi üçün əlverişli məkan hesab olunan Şimali Qafqazda belə tolerantlıq siyasəti Azərbaycanın nufuzunu artırmaqla yanaşı Bakını bu regionda dini təhlükəsizliyinin təmin olunmasında vacib amilə çevirir. Eyni zamanda Şimali Qafqaz kimi mürəkkəb regionda mulkulturalizm dəyərlərinin təbliğində Bakıya öz siyasətini qurmağa və siyasi əməkdaşlıq platformasını yaratmağa imkan verir.


Şeyxülislam Allahşükür Paşazadənin dünən Moskvada Rusiya Patriarxı ilə görüşü də ölkəmizin mədəni əməkdaşlıq priroietlərinə söykənir. Hər iki ruhani liderin mesajlarında ölkələrimiz arasında mehribanlığın və dini dözümlülüyün əsas prioriet olması vurğulanırdı. Xüsusən Qarabağ münaqişəsi ilə bağlı hə iki dini liderin sülhə çağırış bəyanatları vacib məqamlardandır. 

QMİ sədrinin Moskvada soydaşlarımız üçün məscid tikilməsinə yer ayrılması barədə xahiş çox guman ki, müsbət həll olunacaq. QMİ-nin Rusiya Pravoslav Patirarxı ilə belə yaxşı əlaqələri mühümdür. Əhalisinin yarısının müsəlman olduğu Rusiyanın dini liderinin şeyxülislamla dostluğu və anlaşması Azərbaycanı bu ölkədə yaşayan müsəlmanlar arasında cazibədar edir və xüsusi etimad körpüsünü yaradır. 


Müstəqil Dövlətlər Birliyi müsəlman dini liderlərinin Məşvərət Şurasının sədri kimi A.Paşazadənin fəaliyyəti elə bu trendin təbliğinə hədəflənib.  Digər tərəfdən uzun illərdir Qafqaz Xalqları Ali Dini Şurasının sədri olan QMİ sədri bu postu Azərbaycanın multkultural siyasətinin əsas priroritetlərini təbliği üçün bir tribunaya çevirə bilib.

Bütün bunlar isə dinlə siyasi hakimiyyətin vəhdətini yaratmaqla xalqlar və mədəniyyətlər arasında qarşılıqlı əməkdaşlıq və dialoqu təşviq edən platformasını müəyyən edirprezident İlham Əliyevin siyasi iradəsi ilə yürüdülən multkultural siyasi kursun uğurla həyata keçməsinə öz töhfələrini verir.

Azərbaycan xarici ölkələrdə tolerantlıq ideyalarının təbliğ edərkən təkcə özünün ideyalarını deyil, həm də problemlərin siyasi həll yolunu da təklif edir. Bununla da Bakı özünün humanist missiyası ilə qlobal təhlükəyə qarşı birgə mübarizədə Azərbaycanı vacib tərəfdaş kimi təqdim edir.

 

A.SƏFƏRLİ

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu