Modern.az

"Azərbaycanın gələcək inkişafiında rolumuz" – bir tələbənin baxışı

"Azərbaycanın gələcək  inkişafiında rolumuz" – bir tələbənin baxışı

30 Noyabr 2011, 11:39

Modern.az saytı Milli Məclisin deputatları ilə Azərbaycanda fəaliyyət göstərən ali təhsil müəssisələrində təhsil alan tələbələr arasında əməkdaşlığın genişləndirilməsinə xidmət edən layihə həyata keçirir. Bu layihə çərçivəsində deputat müxtəlif janrlarda yazı yazan tələbələrin məqalələri Modern.az saytında yerləşdirilir. 
Bu dəfə 71 saylı Masallı kənd seçki dairəsinin deputatı Elmira Axundova tələbələrin intellektual gücünü yoxlayır. Deputat bildirib ki, tələbələrimizi universitetlərdə aldıqları təhsil qane edirmi..?
"Onlar universitetləri başa vurduqdan sonra aldıqları təhsillə Azərbaycanın inkişafında öz yerlərini müəyyənləşdirə bilirlərmi? Perspektivlərini müəyyənləşdirməkdə çətinlik çəkmirlər ki..? Bu məsələdə tələbələrin fikirlərini bilmək, təkliflərini eşitmək istəyirəm. Odur ki, tələbələrimiz “Aldlğınız təhsil Azərbaycanın inkişafında öz yerinizi müəyyənləşdirməkdə hansı rolu oynaya bilər?” mövzusunda fikirlərini açıq bildirsinlər”.
Aşağıdakı yazı bu layihə çərçivəsində hazırlanıb.

***

Hər  bir  insan  məktəbi  bitirib universitetə  daxil  olub  istər  ailədə, istər  cəmiyyətdə öz yerini  tutmaq arzusu ilə yaşayır. Bəziləri  həyatın  bütün  çətinliklərinə  baxmayaraq bu arzuları  həyata  keçirə  bilir, bəziləri  isə  arzularını  reallaşdıra  bilmir  və  ya  reallaşdırmağa  imkan  belə  vermirlər.

Universitetə  daxil  olub  və  gələcəkdə  ayaqları  üstə  dik  durmaq  üçün  çalışan  tələbələrin  qabağına  çoxlu  sayda  problemlər  çıxır. Biz  tələbələr  ölkəmizin  inkişafında, tərəqqisində  rolumuzun  olmağını  və  hər  kəsə  özümüzü  bir  fərd  kimi  sübut  etməyi  istəyirik. Ancaq  gəlin  görək  aldığımız  təhsil  bu  arzuları  reallaşdırmağa  imkan  verirmi?!

Universitetlərdə  dərslər  həm  nəzəriyyəyə  həm  də  təcrübəyə  əsaslanaraq  keçirilməlidir . Nəzəriyyəni  öyrənmək  üçün  kitablar  kifayət  qədərdir. Təcrübə  isə  qalır  kənarda. O  demək  deyil  ki, müəllimlər  öyrətmir,  xeyr, müəllimlər istəyir,  ancaq  bunun  üçün  xüsusi  imkanlar  lazımdır. Məsələn  jurnalistika  fakültəsindən götürək. Biz  bir  jurnalist  kimi  yeni  texnologiyalardan  az  da  olsa   istifadə  etməyi  bacarmalıyıq. Jurnalist  həm  yaxşı  jurnalist,   həm  də  yaxşı  kameraman, fotoqraf, montajçı olmalıdır. Ancaq  bunları  universitet  daxilində  öyrənmək  olmur. Bunun  üçün  gərək  tələbə  kurslara getsin  və  orada  öyrənsin. Belə  olmadıqda  sabah  biz  hansısa  kanalda  işləməyə  başlasaq, bu  bizim  üçün  problemlər  yarada  bilər. Bu  kimi  problemlər  tək   jurnalistika  fakültəsinə  yox,  eyni  zamanda  digər  fakültələrə  də  şamil  edilir .

Ölkəmizi  sərhədlərimizdən  kənarda  təmsil  etmək  üçün  bizə  ən  əsas  başqa  dilləri  bilmək   lazımdır. Başda ingilis, rus və s.  dilləri öyrənsək, bu bizə  xeyli  kömək  edər. Məktəblərdə, universitetlərdə, hətta  uşaq bağçalarında belə  bu dillər tədris olunur. Bəs  nəyə görə  gənclərimiz bu dilləri xüsusi  dil  kurslarına  getməklə  öyrənə  bilirlər?!

Bu  gedişlə  biz  hansı  inkişafdan  söhbət  aça  bilərik ?!  Ölkəmizin  gələcək  həyatında  qərarların  qəbul  edilməsində  xaricdə  təhsil  alan  tələbələrin  şansı  daha  çox  olacaq,  nəinki  Azərbaycanda  təhsil  alan  tələbələrin. Çünki  xarici  ölkədə  təhsil  alan  tələbəyə  hər  yerdə  ehtiyac  duyulur. Nə  də  olsa  adı  var  “universiteti  xaricdə  bitirib”. Mən  inanıram  ki, sərhəddən  kənara  çıxa  bilməyən  tələbələr  də  Azərbaycanın  gələcək  inkişafında  öz  sözünü  deyə  biləcək,  amma  ağır  əziyyətlərdən  sonra .

Jalə Bədirova
BDU-nun Jurnalistika  fakültəsinin III kurs tələbəsi

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi