Modern.az

Elman Rüstəmov: “Manatın devalvasiyasından danışmaq qeyri-ciddilikdir”  

Elman Rüstəmov: “Manatın devalvasiyasından danışmaq qeyri-ciddilikdir”   

1 Fevral 2019, 11:39

“Ötən il qonşu dövlətlərin milli valyutalarında ciddi dəyişikliklər baş verdi. Bu Azərbaycana həm psixoloji, həm də digər kanallarla təsir göstərdi”.

 

Modern.az xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov mətbuat konfransında bildirib.

 

E.Rüstəmov qeyd edib ki, bütün bunlara baxmayaraq, ölkəmiz təhlükələrdən sığortalandı:

 

“Ötən ilin avqust ayında da demişdim ki, bu, fundamental xarakter daşımır. Bu, həmin ölkələrdə siyasi məsələlərdən qaynaqlanan problemlər idi.

2018-ci ildə çox proqnozlar verilirdi ki, manat ucuzlaşacaq, devalvasiya olacaq. Makroiqtisadi sabitlik və neftin qiymətinin 70 dollardan yüksək olduğu bir şəraitdə manat necə devalvasiyaya uğraya bilərdi? Azərbaycanda devalvasiyadan danışmaq qeyri-ciddilikdir”.

 

Baş bankir qeyd edib ki, bu il üçün bütün proqnozlar məhz makroiqtisadi stabillik üzərində qurulub:

 

“İstənilən qədər resurs və imkan var. 2019-cu ilin makroiqtisadi situasiyası 2018-ci ilin situasiyasına çox oxşardır. Dünya bazarında neftin qiymətinin necə olmasından asılı olmayaraq, biz neft şokundan sığortalanmışıq. "Manatın devalvasiyası" ifadəsindən az istifadə edin. Belə risklər yoxdur”.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi