Modern.az

“Poet Qabil” gəmisinə  füsunkar ad vermişik - SOCAR-dan AÇIQLAMA

“Poet Qabil” gəmisinə  füsunkar ad vermişik - SOCAR-dan AÇIQLAMA

İqtisadiyyat

1 Fevral 2019, 17:35

“Gəmilərin sahibkarı dəyişəndən sonra adlarının da dəyişilməsi standart prosedurdur”.

 

Bu barədə SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov Modern.az-ın “Poet Qabil” gəmisinin adının dəyişdirilməsilə bağlı sorğusunu cavablandırarkən deyib.

 

İ.Əhmədov bildirib ki, SOCAR inşa etdiyi və istismar etdiyi gəmilərdə ölkəmizi dünyada tanıtmaq üçün rəmzi əhəmiyyət daşıyan müvafiq adların verilməsini də dəstəkləyir:

 

“Misal üçün, Gəmiqayırma zavodumuzda inşa edilən və Şahdəniz-2 layihəsi çərçivəsində istismar olunan sualtı tikinti gəmisi Azərbaycanın ayrılmaz hissəsi olan Xankəndinin adını daşıyır. İnşa etdiyimiz yeni yarımdalma qazma qurğusu isə ümummilli lider Heydər Əliyevin adınadır.

 

Eləcə də qeyd etdiyiniz gəminin adında ölkəmizin füsunkar təbiətinin məşhur guşəsi olan Göygölün adı əks olunub (Göy Göl Ulduzu – Blue Lake Star)”.

 

Qeyd edək ki, gəmi “Palmali” Şirkətlər Qrupu tərəfindən 2015-ci ildə suya buraxılıb. “Palmali” Şirkətlər Qrupundan Modern.az-ın sorğusuna cavab olaraq bildirilmişdi ki, həmin gəmi artıq onlara məxsus olmadığından səlahiyyət sahibi SOCAR-dır. Sözügedən gəmi ilə yanaşı,daha 4 gəmi- “Borçalı”, “Məcid Aslanov”, “Begim Aslanova”, ”Armada Fair”in də adı dəyişdirilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu