Modern.az

Əkbər Qoşalı: “Nə üçün, cənablar, nə üçün?!”  

Əkbər Qoşalı: “Nə üçün, cənablar, nə üçün?!”   

5 Fevral 2019, 09:06

Eşitdim “Poet QABİL” adlı gəmi, artıq ARDNŞ-in müəyyənləşdirdiyi yeni – “Göygöl” adı ilə üzür üm-manlarda. Üzsün üzməyinə də, amma bu ad dəyişikliyi hansı tarixi, estetik, iqtisadi, siyasi, mənəvi, mədəni, nə bilim, nə, nə... səbəbdən irəli gəlib, əcaba? Üstəlik, əgər doğrudan da, dünya sularında üzən bir gəminin ad dəyişikliyi üçün gəmiçilik sahəsində uluslararsı quruma ödəniş etmək tələb olunursa, hansı təxirəsalınmaz səbəb varmış, görəsən?! Ha illah edirəm, elə bir fövqəladə səbəb düşünə bilmirəm, vallah da, billah da, tillah da... – 

Bu QABİLdi, e, iraq olsun, Zori Balayan ha deyil! –
QABİL Xalq şairidi; 
QABİl “Şöhrət” və “İstiqlal” ordenləri ilə təltif edilib; 
QABİL Dövlət mükafatı laureatı olub; 
QABİL Fəxri Xiyabanda dəfn edilib... 

Bəs, yaxşı dövlətin zirvəsinin layiq bildiyi, yaraşdırdığı bu boyda titulu, şanı-şöhrəti olan bir şairin adını bir dövlət şirkətinin (2015-ci ildən onun adını daşıyan) bir gəmidən pozmağana nə hacət?! 

Ünlü “NƏSİMİ” poemasını yazmış (bu əsərə görə yüksək dövlət mükafatına layiq görülmüş) ünlü şairin adı ilə bağlı belə bir adıyaman qərarın “NƏSİMİ İLİ”ndə verilməsi, yaxud üzə çıxması da ayrı bir qəriblikdi, deyilmi? Çox sadə bir sualım var: Nə üçün, cənablar, nə üçün?!.



Əkbər Qoçalı, 
Şair-publisist

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir