Modern.az

Zəlzələ Şamaxıda ciddi fəsadlar yaradıb, dağıntılar var - FOTOLAR  

Zəlzələ Şamaxıda ciddi fəsadlar yaradıb, dağıntılar var - FOTOLAR   

6 Fevral 2019, 08:29

Ötən gecə ölkədə baş verən zəlzələ nəticəsində Şamaxı rayonu ərazisində elektrik enerjisi təchizatında yaranmış fasilə aradan qaldırılıb.

Bu barədə Modern.az-a "Azərişıq"ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib.

T.Mustafayev qeyd edib ki, problem elə gecə saatlarında "Azərişıq" əməkdaşları tərəfindən operativ şəkildə aradan qaldırılıb:

"Hazırdaa ölkəboyu elektrik enerjisi təchizatıda heç bir problem yoxdur".


Modern.az-ın məlumatına görə, yeraltı təkanlar nəticəsində Şamaxı rayonunda bəzi evlərə, digər tikililərə ziyan dəyib. Bir sıra yaşayış evlərində, mağazalarda  və hasarlarda çatlar və dağıntılar yaranıb. 

Şamaxıya qaz verilişi də dayandırılıb… Ötən gecə rayon təcili yardım stansiyasına çağırışların sayı da artıb.


Fövqəladə Hallar Nazirliyi bəyan edib ki, zəlzələ nəticəsində dəymiş ziyan araşdırılır.

Şamaxı Rayon İcra Hakimiyyəti və rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları ərazilərə baxış keçiriblər.

Evi uçan və ya qəzalı vəziyyətə düşən sakinlərə evlərə yaxın getməmələri tövsiyə olunub. Zəlzələ zamanı xəsarət alaraq xəstəxanaya yerləşdirilənlər var.

Respublika Seysmoloji Xidmət Mərkəzinin yaydığı məlumata görə, ötən axşam respublika ərazisində zəlzələ baş verib. Yeraltı təkanlar yerli vaxtla saat 23:31-də Pirqulu stansiyasından 11 km cənub-qərdbdə İsmayıllı ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 6 bal, ətraf rayonlarda 5.3 bala qədər hiss olunub. Zəlzələ nəticəsində bəzi ərazilərdə elektrik enerjisinin verilişində fasilələr yaranıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir