Modern.az

Azərbaycanda 133 bələdiyyə sədri cəzalandırılıb

Azərbaycanda 133 bələdiyyə sədri cəzalandırılıb

6 Fevral 2019, 10:05

2018-ci ildə bələdiyyələrin 143 vəzifəli şəxsləri barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəmələrə göndərilib.

 

Modern.az-ın məlumatına görə, bu barədə “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi haqqında” sənəddə qeyd edilib.

 

Bildirilib ki, həmin protokollar üzrə 133 bələdiyyə sədri inzibati məsuliyyətə cəlb edilib, 10 protokol isə baxılmaqdadır.

 

Bələdiyyə aktlarının hüquq ekspertizası və müraciətlərə baxılması zamanı müəyyən edilmiş hüquq pozuntuları və nöqsanların aradan qaldırılması və ya təkrar törədilməsinin qarşısının alınması məqsədilə bələdiyyələr müxtəlif məsələləri (torpaqların münbitliyinin qorunması, yerli büdcənin tərtib edilməsi, şəffaflıq və hesabatlılıq, büdcə vəsaitlərindən istifadə və s) əhatə edən 5976 tövsiyə göndərilib.

 

“Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi haqqında” sənəd Milli Məclisin fevralın 12-də keçiriləcək iclasında müzakirə ediləcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?