Modern.az

MDB prezidentləri Almatıda toplaşacaq

MDB prezidentləri Almatıda toplaşacaq

14 Dekabr 2009, 16:11

MDB üzv dövlətlərin dövlət başçılarının növbəti qeyri-formal sammiti dekabrın 19-20-də Qazaxıstanın Almatı şəhərində olacaq. Modern.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata əsasən, bu barədə Qazaxıstanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İlyas Ömərov bugünkü brifinqdə bildirib. Onun sözlərinə görə, tədbirdə prezidentlər regional qarşılıqlı əməkdaşlığın aktual məsələlərini,  müasir dövrün çağırış və təhdidlərinə qarşı birgə mübarizə mövzularını müzakirə edəcəklər. Dövlət başçıları MDB məkanında iqtisadi  əməkdaşlıq problemlərini və Avrasiya çərçivəsində vahid Gömrük Birliyinin formalaşdırılması məsələsini diqqətdə saxlayacaqlar.  İlyas Ömərovun sözlərinə görə, sammitdə Belarus, Qazaxıstan və Rusiya  Vahid İqtisadi Məkanının formalaşdırılması üzrə məruzə dinləniləcək. Dövlət başçıları Qazaxıstanın 2010-cu ildə ATƏT-ə sədrliyi məsələsi, humanitar, iqtisadi və təhlükəsizliyin təmin olunması ilə bağlı digər məsələlər  ətrafında fikir mübadiləsi aparacaqlar.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi