Modern.az

Azərbaycan neftinin qiyməti 63 dollara düşdü

Azərbaycan neftinin qiyməti 63 dollara düşdü

8 Fevral 2019, 23:52

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti fevralın 7-də 63 dollar/barel təşkil edib ki, bu da çərşənbə gününə olan göstəricidən 1,38 dollar/barel azdır. Modern.az xəbər verir ki, bu barədə “Trend”ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

 

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin son qiyməti 62,19 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,18 dollar/barel azdır.

 

Novorossiysk limanından yüklənən URALS neftinin son qiyməti 58,79 dollar/barel təşkil edib ki,  bu da əvvəlki qiymətdən 1,45 dollar/barel azdır.

 

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin son qiyməti 60,97 dollar/barel təşkil edib, bu da əvvəlki qiymətdən 1,34 dollar/barel azdır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi