Modern.az

Azərbaycan avtomobilləri Ukraynaya satılacaq

Azərbaycan avtomobilləri Ukraynaya satılacaq

9 Fevral 2019, 14:36

Bu il "Xəzər" avtomobilləri Ukraynaya ixrac ediləcək.

 

Modern.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Azərmaş” ASC-nin idarə heyətinin sədri Emin Axundov deyib.

O bildirib ki, ilkin olaraq 300 avtomobilin ixracı nəzərdə tutulur: "İxraca 2019-cu ilin ortalarında başlanılacaq".

 

Sədr qeyd edib ki, ötən il ərzində istehsal olunan "Khazar" avtomobillərinin 400 ədədi dövlət qurumları, qalan hissəsi isə vətəndaşlar tərəfindən alınıb: Onun sözlərinə görə, satılan avtomobillərin 25 faizi kredit yolu ilə, qalanı nağd yolla satılıb".

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır