Modern.az

Zəlzələdən qəzalı vəziyyətə düşən evlərin tikinitisinə başlanıldı - FOTOLAR

Zəlzələdən qəzalı vəziyyətə düşən evlərin tikinitisinə başlanıldı - FOTOLAR

Ölkə

9 Fevral 2019, 20:29

“Şamaxıda baş verən zəlzələnin nəticələrini aradan qaldırmaq istiqamətində tədbirlər davam etdirilir. Artıq zəlzələdən sonra qəzalı vəziyyətə düşən evlərin yenidən tikinitisinə başlanılıb”.

Bu barədə Modern.az-a Şamaxı rayon İcra Hakimiyyətindən məlumat verilib.

 

Məlumata görə, Prezident İlham Əliyevin fevralın 7-də Şamaxıya səfəri, mövcud vəziyyətlə tanış olması, sakinlərlə görüşünün ardından  fəsadların təcili aradan qaldırılması istiqamətində tapşırıqların icrasına dərhal başlanılıb.

 

Fevralın 5-də baş verən zəlzələ Şamaxı rayonunda, xüsusilə şəhərdə, Mədrəsə qəsəbəsində, Əngəxaran, Cabanı, İkinci Cabanı, Hacılı, Sis və Qaleybuğurd kəndlərində daha çox dağıntılara səbəb olub. Fövqəladə Hallar Nazirliyinin və rayon icra hakimiyyətinin nümayəndələrindən ibarət komissiya vəziyyətin araşdırılması, zərərin müəyyənləşdirilməsi istiqamətində fəaliyyət göstərir. Komissiya müraciətlərin siyahıya alınması, xüsusilə təhlükəli vəziyyətə düşən evlərdə sakinlər üçün təhlükəsiz şəraitin yaradılması istiqamətində işini davam etdirir.

 

Artıq qəzalı evlərin yenidən tikilməsi üçün ərazinin boşaldılmasına başlanılıb, həmin evlərin sahibləri isə kirayə mənzillərə yerləşdirilib. Zəlzələnin fəsadlarının araşdırılması işləri davam etdirilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi