Modern.az

Əməkdar artist Mais Salmanov - Neftçi Fərman Salmanovun xanəndə qardaşı  

Əməkdar artist Mais Salmanov - Neftçi Fərman Salmanovun xanəndə qardaşı   

Mədəni̇yyət

12 Fevral 2019, 14:43

Bu gün 12 fevral tarixi Azərbaycanın tanınmış xanəndəsi, Opera və Balet Teatrının solisti Əməkdar artist, Prezident təqaüdçüsü adına layiq görülmüş Mais Salmanovun doğum günüdür.

Modern.az-ın məlumatına görə, Mais Qurban oğlu Salmanov 12 fevral 1933 - cü ildə Şəmkir rayonunun Morul kəndində anadan olub. Azərbaycan Dövlət Universitetini və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib. Azərbaycan opera sənətinin və musiqisinin inkişafına töhfələr verib, uzun müddət Üzeyir Hacıbəyovun "Leyli və Məcnun" operasında Məcnun rolunun ifaçısı olub.
Mais Salmanov 1982-ci ildə Ağdam Musiqi Texnikumuna direktor təyin edilib. Texnikumun inkişafında onun xüsusi xidmətləri olub.  Musiqi ocağına əlavə korpus məhz onun rəhbərliyi dövründə inşa edilib.

Mais Salmanovun rəhbərliyi dövründə atılan addımlardan biri də texnikumda "Opera studiyası" nın yaradılması olub. "Opera studiyası"nda "Leyli və Məcnun" , "Şah İsmayıl" əsərlərindən pərdələr hazırlanmış və o dövrdə Akademik Milli Dram Teatrı ilə sıx əməkdaşlıq əlaqələri qurulmuşdu. Hətta məşqlər korifey sənətkar Arif Babayevin və xalq artisti Qəndab Quliyevanın iştirakıyla aparılmışdı.

Sənətkar 1978 - ci ildə Azərbaycanın Əməkdar artisti, 2000 - ci ildə Prezident təqaüdçüsü adına layiq görülüb.

Mais Salmanov 25 iyul 2008 - ci ildə Bakıda vəfat edib.

O, məşhur neftçi - alim Fərman Salmanovun qardaşıdır.

 
A.Qorxmaz

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü