Modern.az

Komaya düşən baş redaktoru başqa xəstəxanaya köçürdülər  

Komaya düşən baş redaktoru başqa xəstəxanaya köçürdülər   

Media

13 Fevral 2019, 12:48

İki həftəyə yaxındır ki, komada olan Mediapress İnformasiya Agentliyinin baş redaktoru Natiq Qocaman dünən Mərkəzi Klinik Xəstəxanadan Respublika Neyrocərrahiyyə Xəstəxanasına köçürülüb.

Modern.az-ın məlumatına görə, bu barədə onun dostları bildiriblər.

Dostları onun hələ komadan ayılmadığını deyərək, tezliklə özünə gələcəyinə ümidlərini itirmədiklərini qeyd ediblər.

Baş redaktorun digər tibb ocağına köçürülməsinə gəlincə, bu, Neyrocərrahiyyə Xəstəxanasının Natiq Qocamanının xəstəliyi üzrə ixtisaslaşması ilə əsaslandırılıb.

Natiq Qocaman bir neçə gün öncə Mərkəzi Klinik Xəstəxanada beyin əməliyyatı keçirib. O, daha öncə insult keçirmişdi. Həyat yoldaşının saytımıza bildirdiyinə görə, Natiq Qocamanın beyin kötüyünə, tam mərkəzə maye yığılmışdı.

Natiq Qocaman uzun müddət ”Oxu məni” qəzetinin təsisçisi və baş redaktoru vəzifəsində çalışıb. 

 
A.Qorxmaz

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı